Həmsədrlərin müqavimətindən sonra Yerevan bu tələbi irəli sürməyib”

19:59 19-02-2020 | icon 472 | Geopolitika
Həmsədrlərin müqavimətindən sonra Yerevan bu tələbi irəli sürməyib”

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb – Ermənistan və Azərbaycanı.

Versus.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT Minsk qrupunun ABŞ-dan sabiq həmsədri Metyu Brayza Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, Minsk qrupunun danışıqlarında yalnız Bakı və Yerevanın nümayəndələri iştirak ediblər: “Mən həmsədr olduğum müddətdə erməni tərəfi qondarma Dağlıq Qarabağ “nümayəndələri”nin iştirak etməsini istəyirdi, amma hər üç həmsədr bu müraciətləri qəbul etmirdi. Həmsədrlərin müqavimətindən sonra Yerevan bu tələbi irəli sürməyib”.

M.Brayza hesab edir ki, bu cür bəyanatlarla Ermənistan hökuməti Azərbaycanı qıcıqlandırmadan və danışıqlar masasında yaranan müsbət impulsu zərbə altına qoymadan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ