Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

18:23 23-02-2020 | icon 245 | Dünya
Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək:

"İranla sərhəddə Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd-keçid məntəqələri, bunudan əlavə İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsi var".

 

Səhiyyə naziri nəzərə çatdırıb ki, İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.

 

Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.

 

Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ