"Lavrovun təzadlı mövqeyinə təəccüblənmirik"

20:10 28-02-2020 | icon 727 | Geopolitika
"Lavrovun təzadlı mövqeyinə təəccüblənmirik"

"Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, "Suriya ordusunun İdlibdə terrorçularla mübarizə aparmağa tam haqqı var, Moskva bunu ona qadağan edə bilməz". Düz deyir, terrorçuluğa qarşı gerçəkdən mübarizə aparan ölkələrə heç kim bunu qadağan edə bilməz. Həmçinin Azərbaycana da heç kim bunu qadağan edə bilməz. Çünki Azərbaycanın Qarabağ bölgəsi də həm işğala, həm də terrora məruz qalıb. Lakin Lavrov Suriyaya münasibətdə bir cürə, Azərbaycana münasibətdə isə tamamilə başqa cürə davranır".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında DADP sədri Əlisahib Hüseynov deyib:

 

"Rusiya Xarici İşlər naziri Suriya ilə bağlı son açıqlamasında bəyan edib ki, “İdlibdə atəşkəs rejiminin daim pozulmasına cavab olaraq Suriya ordusu terrorçulara cavab vermək və sıxışdırmaq üçün bütün hüquqlara malikdir. Suriya ordusuna terrorizmlə bütün formalarda amansız, barışmaz mübarizə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən tələbləri yerinə yetirməsini qadağan edə bilmərik”. Lakin Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə isə Lavrov həmişə birmənalı olaraq bəyan edir ki, "Qarabağ probleminin hərbi yolla həlli variantından söhbət belə gedə bilməz. Bu münaqişə yalnız dinc yolla həllini tapmalıdır". Sözün açığı, Lavrovun bu cür təzadlı mövqeyinə heç də təəccüblənmirik. Çünki Rusiya XİN rəhbəri "ikili standart"lar mövqeyindən çıxış etməyə bir növ adətkərdə olub".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ