"Ölkəmizin bütün rayonlarında abadlıq-quruculuq işləri aparılır,"

18:47 07-03-2020 | icon 324 | Siyasət
"Ölkəmizin bütün rayonlarında abadlıq-quruculuq işləri aparılır,"

Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət, burada dövlət səviyyəsində aparılan genişmiqyaslı işlər əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən geri dönməsinə səbəb olur.

 

Versus.az trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin daxili siyasətində mühüm yerlərdən birini regionların sosial-iqtisadi və mədəni baxımdan inkişaf etdirilməsi məsələsi tutur.

Bunun bir sıra amillərlə bağlı olduğunu vurğulayan M.Qasımlı qeyd edib ki, regionlara qoyulan investisiyaların həcmi ildən-ilə artır, onun əhatə dairəsi genişlənir.

M.Qasımlı əlavə edib ki, regionların inkişafını xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin siyasəti hər bir Azərbaycan vətəndaşının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib:

"Ölkəmizin bütün rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Bu səfərlər həmin layihələrin daha intensiv şəkildə həyata keçirilməsinə təkan verir. Belə səfərlər zamanı yeni müəssisələrin açılması regionlarda yaşayan insanlar üçün yeni iş yerlərinin yaradılmasına da gətirir çıxarır. Bütün bunlar isə sonda regionlardakı əhalinin həyat şəraitinin yaxşılaşmasına, rayonların simasınının dəyişməsinə səbəb olur. Ümumilikdə isə demək olar ki, Prezidentin regionlara səfərləri bütün infrastrukturun yenilənməsi ilə nəticələnir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ