Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb

17:22 24-03-2020 | icon 1203 | Gündəm
Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başlayıb

Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fund.gov.az) fəaliyyətə başlayıb.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan Versus.Az-a verilən məlumata görə, saytda Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilir. Sayt vasitəsilə fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Buradan Fonda edilmiş ianələr və ianəçilər barədə məlumat almaq da mümkündür. 

 

Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən həyata keçirilir.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...