Fransaya qarşı növbəti TƏLƏB

20:17 16-05-2024 | icon 248 | Dünya
Fransaya qarşı növbəti TƏLƏB

Fransız Polineziyası Parlamentinin sədri Antoni Geros BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin regional konfransında çıxış edib.

 

Versus.az xəbər verir ki, A.Geros çıxışında Fransız Polineziyasının 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısından Fransa Dövlətinin məqsədyönlü siyasəti nəticəsində çıxarıldığını vurğulayaraq, ölkəsinin yenidən həmin siyahıya yalnız 2013-cü ildə daxil edildiyini vurğulayıb.

 

O, sədr müavini olduğu Tavini Partiyasının 1977-ci ildə yarandığını dilə gətirərək, hazırda həm qanunverici, həm də icraedici orqanda üstünlüyə malik olan Tavininin təsis edildiyi gündən ölkənin azadlığı naminə mübarizə apardığını diqqətə çatdırıb.

 

Fransanın təmsil etdiyi xalq ilə dekolonizasiya istiqamətində dialoqdan qaçdığını bildirib. Fransanı “idarəedici qüvvə” adlandıran Antoni Geros rəsmi Parisin Polineziyaya qarşı demokratik və siyasi inkar siyasətini davam etdirməsindən təəssüfləndiklərini vurğulayıb. O, Fransanın tədbirdəki təmsilçisindən bu məsələlərə aydınlıq gətirməsini tələb edib.

 

Fransa tərəfinin susması heç bir kəsi təəccübləndirməyib, çünki cavab, uzun illər olduğu kimi, yenə gəlməyib.

 

Çıxışın sonunda cənab Geros hərəkətə keçməyin vaxtının çatdığını qeyd edərək, Dekolonizasiya üzrə Xüsusi Komitənin missiyasının Polineziyaya göndərilməsinin və müvafiq yol xəritəsinin Polineziya ilə bağlı qəbul edilən qətnaməyə salınmasının əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK