"Məqsədləri müttəfiqlik münasibətlərini zədələməkdir"

12:28 30-03-2020 | icon 537 | Geopolitika
"Məqsədləri müttəfiqlik münasibətlərini zədələməkdir"

Əlisahib Hüseynov: "Azərbaycanla Gürcüstanın möhkəm dostluq və qonşuluq münasibətlərinə heç kim xələl gətirə bilməz"

 

Bildiyiniz kimi koronavirusla bağlı fövqəladə vəziyyətin hökm sürdüyü qonşu Gürcüstanın azərbaycanlı soydaşlarımızın yaşadığı Marneuli və Bolnisi rayonlarında qırmızı zona rejiminin elan edildiyi ilk günlərdə bəzi gürcü millətçiləri və erməni şovinistləri tərəfindən milli zəmində təxribatçı, qızışdırıcı fikirlər səsləndirilmiş, təhqiramiz ifadələrə yol verilmişdi.

 

Bu barədə Versus.Az-a danışan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov hesab edir ki, onların məqsədi Gürcüstanda etnik zəmində qarşıdurmanı, milli ədavəti qızışdırmaq və eyni zamanda da Azərbaycanla Gürcüstan arasında dostluq və strateji müttəfiqlik münasibətlərini zədələməkdir:

 

"Lakin onlar öz məkrli məqsədlərinə nail ola bilmədilər. Çünki nə Gürcüstan rəhbərliyi, nə də ki, gürcü xalqı bir ovuc ekstremistin, ermənipərəst qüvvələrin təxribatına uymadı. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Ketevan Tsixelaşvili əhalini sosial şəbəkədə və ya digər məkanlarda, etnik və mədəni xüsusiyyətlər əsasında təhqiramiz ifadələrdən çəkinməyə çağırış edərək birmənalı olaraq bildirdi ki, koronavirus kimi dəhşətli bəla heç kimə milli mənsubiyyətinə görə fərq qoymur: "Gürcüstanın bütün bölgələrində, istər Marneuli, Bolnisi, istər Dmanisi, istərsə də Kutaisinin hər bir vətəndaşının həyatını və sağlamlığını qorumaq eyni dərəcədə borcumuzdur. İndi vətəndaşlarımızın fəallığı, səyləri və vətəndaş məsuliyyəti çox vacibdir. Hamımız bərabərik. Buna görə, sosial şəbəkədə və ya başqa yerdə, etnik və ya mədəni xüsusiyyətlərinə görə hər hansı bir şərh və ya başqa bir şəkildə təhqir edilməsi tamamilə yolverilməzdir". Biz Ketevan Tsixelaşvilinin bu mövqeyini yüksək qiymətləndirir və ümumən hesab edirik ki, rəsmi Tiflisin soydaşlarımızın kompakt şəkildə yaşadığı Kvemo-Kartli bölgəsində koronavirus əleyhinə həyata keçirdiyi karantin tədbirləri milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın sağlamlığını qorumağa xidmət edir. Bu belə də olmalıdır. Mənim Gürcüstanla əlaqələrim var. Oradakı soydaşlarımız da bildirirlər ki, bu gün Marneuli və Bolnisidə narahatlıq üçün heç bir əsas yoxdur. Hər iki rayonda vəziyyət stabildir, əhaliyə maksimum şəkildə yardım olunur. Azərbaycanla Gürcüstanın möhkəm dostluq və qonşuluq münasibətlərinə heç kim xələl gətirə bilməz".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ