“Saxta seçki ilə hissiyyatımızla oynayırlar”

15:19 31-03-2020 | icon 1082 | Geopolitika
“Saxta seçki ilə hissiyyatımızla oynayırlar”

Fuad Əliyev: “İşğal olan torpaqlarımızda bayrağımız dalğalanacaq, o gün uzaqda deyil”

 

31 Mart Azərbaycanlıların soyqırımı günündə işğal altında qalan Qarabağda ermənilərin parlament-prezident” seçkisi keçirməsi bir daha separatçıların mənfur siyasətini ortaya qoydu. İşğalçı öz mənfur niyyətindən əl çəkmir. Erməni işğalçıları nə insanlığa, nə də beynəlxalq hüquqa məhəl qoymur. O da məlumdur ki, beynəlxalq təşkilatlar hətta koronavirusun tüğyan etdiyi bir vaxtda beynəlxalq hüququn pozulmasına etiraz etmədi? Erməni həyasızlığı Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır və siyasi partiya rəhbərləri öz etirazlarını bildirirlər.

 

“Qondarma “respublikanı” tanıyan olmadığı kimi, “seçkiləri” də tanıyan olmayacaq”

 

Məsələ ilə bağlı Versus.az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev erməni separatçılarının “seçkiləri” məhz 31 Mart Azərbaycanlıların soyqırımı gününə təyin etməsini təsadüfi saymadı:

 

Ermənilər qəsdən bu tarixi seçiblər. Bununla bir daha bizim hissyatımızla oynayırlar. Tolerant münasibət, sülh danışıqları, “Sülh platforması” çərçivəsində aparılan işlərin nə dərəcədə ziyanlı olduğu bir daha sübut olundu”.

 

F.Əliyev bildirib ki, bu gün pandemiyaya görə dünyanın bütün ölkələrində nəzərdə tutulan kütləvi tədbirlər, o cümlədə seçkilər təxirə salınıb. Heç kim bu pandemiyadan sığortalanmayıb. Amma ermənilər buna da əhəmiyyət vermirlər:

“Ermənilərin pandemiyanın tüğyan etdiyi bir vaxtda “seçkilər” keçirməsi təkcə öz xalqlarına və qonşu dövlətlərə qarşı yox, bütün dünyaya qarşı meydan oxumaqdır. Baxın, ABŞ və Avropa ölkələrində səhiyyənin yüksək səviyyədə olduğu bir dövrdə bu virusa neçə min insan yoluxdu və minlərlə ölənlər oldu. Ermənistanda səhiyyə sistemi aşağı səviyyədə olduğuna görə koronavirus bu ölkədə sürətlə inkişaf edir. Bununla belə bütün tədbirləri ləğv etmək əvəzinə, hətta bu “seçkiləri” müşahidə etmək üçün 300 müşahidəçi göndəriblər. Bununla da gələcəkdə ən azından regiona, pandemiyanın çox ciddi fəsadların verəcəyi gözlənilir”.

 

F.Əliyevin fikrincə, beynəlxalq güclərin bu məsələyə biganə yanaşması da təsadüfi deyil:

 

“Bu məsələdə din amili, xristian-müsəlman məsələsi xüsusi rol oynayır. Görünür ki, regionun daima qeyri-sabit vəziyyətdə saxlanılması dünya güclərinin marağındadır. Bu güclər regionda öz istədiklərini həyata keçirirlər. Niyə BMT-nin 4 qətnaməsi kağız üzərində qalır? Məncə, başqa bir məsələ olsaydı, 4 yox, elə 1 qətnamə əsasında qəbul olunan qərarlar çoxdan həyata keçirilmişdi”.

 

Partiya sədri eyni zamanda bildirib ki, qondarma “respublikanı” tanıyan olmadığı kimi, bu “seçkiləri” də tanıyan olmayacaq. Bununla belə düşmən layiqli cavabını almalıdır:

 

“Ermənilərin lobbiçilik siyasəti çox güclüdür. Onlar bir xalq kimi həmişə həmrəylik göstərə bilirlər. Təəssüf ki, bizdə bu yoxdur. Şəxsi maraqlar, ambissiyalar, bir-birimizi qəbul etməmək daha çox üstünlük təşkil edir. Nə etməliyik: oyunu onların meydançasında təşkil etmək, oynamağı bacarmaq. Bu, bir ilin, on ilin işi deyil... Biz bunu təşkil edə bilsək, nəticəsini indi görməsək də, mütləq bizim gənclərimiz görəcək. İşğal olan torpaqlarımızda bayrağımız dalğalanacaq. O gün uzaqda deyil”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ