“Qarabağda keçirilən bu “seçki” Rusiyaya bağldır”

13:49 01-04-2020 | icon 552 | Geopolitika
“Qarabağda keçirilən bu “seçki” Rusiyaya bağldır”

Ramiyə Məmmədova: “Ermənilərin cavabını torpağımız geri alınanda, bayrağımızı Qarabağda asıb, cıdır düzündə yallı gedəndə verəcəyik”

 

Pandemiyanın tüğyan etdiyi bir vaxtda separatçı rejim işğal altında saxladığı Qarabağ bölgəsində nəzərdə tutduğu “seçkiləri” keçirdi. “Seçkinin” məhz erməni quldurlarının 1918-ci ildə Azərbaycanda törətdiyi 31 mart soyqırımı gününə təyin olunması da təsadüfi deyil. Lakin nə azərbaycanlıların soyqırımı günü, nə Qarabağda belə bir şounun keçrilməsi ilə bağlı məsələlər, dünyanın diqqətini çəkmədi. Bu durum dünyaya, elə Azərbaycanın özünə hansı mesajlarını verir?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Dünyada və regionda nə baş verməsindən asılı olmayaraq ermənilərin Azərbaycana, türklərə, müsəlmanlara qarşı məkrli mövqeyinin dəyişməz qaldığını deyən politoloq vurğuladı ki, heç bir pandemiya buna təsir edə bilməz:

 

“Ermənilər Qarabağda virusun olmadığını deyib, öz bildiklərini etdilər. Dünya dövlətləri bu məsələyə heç bir reaksiya vermədilər. Türkiyə isə Qarabağda keçirilən seçkilərlə bağlı bəyanat verərək, qondarma rejimin keçirdiyi seçkiləri düzgün hesab etmədi və bəyan etdi ki, Azərbaycan torpaqlarında seçki keçirmək qeyri-qanunidir. Buna baxmayaraq seçki keçirildi. Seçkilərdən sonra isə Avropa Birliyi bu seçkiləri tanımadığını bəyan etdi”.

 

Politoloq hesab edir ki, bu “seçki” daha çox Dağlıq Qarabağda olan klanlararası mübarizə ilə özünü göstərir. Onun sözlərinə görə, seçkiyə qatılan namizədlər arasında Paşinyanın, Rusiyanın dəstəklədiyi qüvvələr var ki, İrəvanla Qarabağ arasındakı çaxnaşmanı artıracaq. Bu durum Qarabağın gələcək taleyində öz əksini tapacaq:

 

““Seçkilər” böyük bir nəticə verməyəcək. Çünki Qarabağda keçirilən bu “seçki”də Rusiya faktoru var. Bu birmənalıdır. Necə ki, münaqişənin uzanması, keçirilən bu “seçki” də Rusiyaya bağldır. Rusiyanın istədiyi insanlar orda seçiləcək”.

 

Politoloq hesab edir ki, ermənilərin işğal etdiyi ərazilərimizdə hansı oyunlardan çıxmalarından asılı olmayaraq Azərbaycanın atacağı addımlar həlledici olacaq. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi faciələr, soyqırımlar, departasiya siyasəti tək 31 martla bitmir:

 

“Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar bu günə qədər davan edib. Qarabağ münaqişəsi Rusiyaya bağlıdır və Rusiya ilə də həll olunmalıdır. Dünya ictimaiyyətinin məsələyə rəy bildirməməyi onların öz başlarını sakit saxlamaq istəkləri ilə bağlıdır. Əgər ermənilərin Azərbaycana qarşı soyqırımı qəbul olunsa, hansısa dövlətlərlə olan münasibətlərində problemlərin yaranacağından qorxurlar. Ona görə də buna boş yanaşırlar. Ermənilərdən aldığımız zərbə ən yaxın tarixdə Qarabağda baş verir. Qarabağda verdiyimiz itkilərin daha çox və daha pis nəticələrini bu gün görürük. Erməni lobbisindən dəstək alan dövlətlər var ki, onlar bu məsələni qabartmırlar. 20 faiz torpağımız geri alınmır. Lakin tarix silinə bilməz”.

 

R.Məmmədova bildirib ki, Azərbaycanın da öz haqq səsini dünyaya qəbul etdirməsinin zamanı gələcək:

 

“Torpaqlarımız geri alınmalıdır. Ermənilərin cavabını 20 faiz torpağımız geri alınanda, bayrağımızı Qarabağda asıb, Cıdır düzündə yallı gedəndə verəcəyik. Mən buna inanıram, Azərbaycan bunu bacaracaq”. /baxar.az/

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB