Yunan-Roma güləşçilərimiz Olimpiadaya vəsiqə uğrunda yarışırlar

12:39 19-05-2018 | icon 543 | İdman
Yunan-Roma güləşçilərimiz Olimpiadaya vəsiqə uğrunda yarışırlar

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

 

Versus.Az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin edəcək.

 

45 kq
1/8 final - Qurban Qurbanov - Martinas Muizis (Litva)

51 kq
1/8 final - Mukremin Aktaş (Türkiyə) - Həsrət Cəfərov

 

60 kq
1/16 final - Deni Nakaev (Almaniya) - Xanəhməd Zeynalov

71 kq
1/16 final - Allahverdi Əliyev - Aleksandrin Qutu (Moldova)

92 kq
1/8 final - Laçın Vəliyev - Tsotne Tsintsadze (Gürcüstan)

 

Qeyd edək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ