Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı

14:38 10-04-2020 | icon 1195 | KİV
Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı

Gücləndirilmiş karantin rejimi ölkədə frilans (müstəqil, sərbəst) və əmək müqaviləsi olmadan fəaliyyət göstərən jurnalistlərlə bağlı çox ciddi bir problemi yenidən aktuallaşdırdı. Belə ki, Daxili İşlər Nazirliyi (DİN) jurnalistlərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında icazə almadan sərbəst şəkildə hərəkət etməsini rəsmi şəkildə bəyan etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah isə xəbərdarlıq etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sistemində əmək müqaviləsi olmayan şəxslər barədə, xidməti vəsiqələrinin olmasına baxmayaraq, qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

 

Bunun ardınca isə məlum oldu ki, aprelin 2-də “novator.az” saytının baş redaktor müavini Hikmət Sabiroğlu işdən evə qayıdarkən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat cərimələnib.

 

Yaranmış problemin aktuallığını nəzərə alaraq, həm Nazirlər Kabineti (NK), həm də Mətbuat Şurası (MŞ) ilə mövcud vəziyyətə AYNA tutmağa çalışdıq. Lakin indiki durumda bu vəziyyətin hansı üsulla tənzimlənəcəyinə aydınlıq gətirmək mümkün olmadı. Sanki 1941-45-ci illər müharibəsi dönəmini əks etdirən "Şərikli çörək" filmindəki Vaqif obrazının düşdüyü vəziyyətə bənzər durum yarandı. Necə ki, Vaqif ona çörək almaq üçün verilmiş "kartıçka"ları itirib, ancaq ona heç kim inanmır. Eləcə də, jurnalist xidməti vəsiqəsi olsa belə, əmək müqaviləsi olmadığı üçün KİV nümayəndəsi olduğunu polisə sübut edə bilmir, reket durumuna düşür. 

 

Xüsusi portal vasitəsilə icazə aldıqdan sonra sərbəst şəkildə evdən çıxa bilərlər. Ancaq jurnalistlər portalda tələb olunan bölmələri doldurarkən çox diqqətli olmalıdırlar. Əks halda onların icazələri bir və ya bir neçə gündən sonra qüvvədən düşə, yəni etibarsız sayıla bilər.

 

Nə VÖEN-i, nə də əmək müqaviləsi olan jurnalistlərin isə (təbii ki, reket jurnalistlərdən söhbət getmir) bu məsələdə, sadəcə bəxt üzlərinə gülməlidir. Yəni əgər polis onları saxlayarkən ancaq xidməti vəsiqələrinə baxmaqla kifayətlənəcəksə, o zaman şanslı sayılacaqlar. Yox, əgər polis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə girərək əmək müqaviləsinin olub-olmamasına baxacaqsa, o zaman vəziyyət bir qədər qəlizləşəcək.

 

Bu vəziyyətdən isə ancaq bir çıxış yolu var. Belə ki, həmin jurnalist MŞ-dən Əvəz Rüstəmovla (050 206 96 02), DİN-in Mətbuat Xidmətindən İlham Babayevlə (055 771 82 62), Bakı Şəhər Baş Polis İdarəsindən isə Elşad Hacıyevlə (055 288 95 53) əlaqə saxlayaraq yaranmış vəziyyət barədə məlumat verə bilərlər.

 

Qeyd edək ki, xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət etmək məqsədilə Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu yaradıb. Və nömrələrini qeyd etdiyimiz şəxslər  də həmin monitorinq qrupunun üzvləridir.

 

P.S. Ümid edək ki, ən azı bu xoşagəlməz və qarışıq durumdan sonra ölkədə frilans fəaliyyət göstərən jurnalistlərin hüquqları tanınacaq. Mövcud qanunvericilikdə bununla bağlı müəyyən düzəlişlər ediləcək. Azərbaycanda mövcud jurnalist təşkilatları bunları nəzərə alaraq, həmin jurnalistlərin fəaliyyətlərini realizə etmələrinə yadım göstərəcək. /AYNA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ