İlahi Ədalətin öz xalqına xain kəsilmişlərə verdiyi CƏZA

13:46 29-04-2020 | icon 1164 | İqtisadiyyat
İlahi Ədalətin öz xalqına xain kəsilmişlərə verdiyi CƏZA

İndi əməllərinin zərəriylə qarşı-qarşıyadırlar

MÜRVƏT HƏSƏNLİ
/iş adamı/

 

Qurani-Kərimdə deyilir ki, sizin pis bildiyiniz elə şeylər var, onlar əslində yaxşıdırlar. Sizin yaxşı bildiyiniz elə şeylər də var ki, əslində pisdirlər. Nəyin yaxşı, nəyin pis olduğunu sizlər bilə bilməzsiniz.

 

Quranın işığında koronavirusa baxanda bəlkə də bu xəstəliyin bizim bilmədiyimiz yaxşılıqlardan olduğu ehtimalı ortaya çıxır. Məntiqlə də Allah Təala öz yaratdığına pislik nəsib etməz. Bu bəlanın insanlar üçün nə qədər pis, nə qədər yaxşı olduğunu gələcəkdə alimlər ortaya çıxaracaq.

 

Mən isə onun kiçik bir yaxşı tərəfini tapmışam. Hesab edirəm ki, bu günə qədər ölkəni talayıb xaricə daşıyanlar indi öz axmaq əməllərinin zərəriylə qarşı-qarşıyadırlar. Koronavirusun xüsusilə Azərbaycan “oğrularının” investisiya yatırdığı sektoru vurması inkarolunmaz bir reallıqdır. Çünki bizim çoxbilmişlər pullarını əsasən daşınmaz əmlaka, turizm sektoruna yatırırdılar. Millətdən oğurladıqları pullarla xaricdə özlərinə cah-cəlal yaradırdılar. İndisə həmin sektorlar tamamilə işləməz hala gəlib. Bir çox ofis binaları məcburi karantin rejimi ucbatından tamamilə işlərini dayandırıb. Nəticədə xalqın boğazından kəsilib xaricə daşınan həmin əmlaklar da Azərbaycan “oğrularına” ağır yük olub. Xarici dövlətlərdən bunun kompensasiyasını da ala bilmirlər. Əksinə, gəlir gətirməyən daşınmaz əmlaklarının vergilərini verməyə məcbur olurlar. Bir çox məhz bu səbəbdən əmlaklarını su qiymətinə satmağa çalışırlar.

 

Əlindəki sərmayəsini öz ölkəsinə yatıran iş adamlarımız isə dövlətimiz tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin ayırdığı yüz minyonlarla dəstək fondumuz yerli iş adamlarımızın itirdiklərini böyük ölçüdə qarşılayır. Azərbaycan tədricən karantin rejimindən çıxdıqca, əvvəlki gəlirlər də bərpa olacaq. Sərmayəsini son qəpiyinə qədər Avropa ölkələrinə, Türkiyəyə və sair yerlərə yatıranların isə üzünə bu şansın nə zaman güləcəyi bəlli deyil. Çünki həmin ölkələrdə hələ də bu virus getdikcə güclənir. Hər gün minlərlə insanın canını alır. Ölkədən taladıqlarını xaricə çıxaranların isə öz əmlaklarının başında dayanması belə təhlükəlidir. Nədən ki, onlar bu addımı atacaqları halda özləri də koronavirusa yoluxub elə xarici ölkələrdə keçinə bilərlər.

 

Məşhur bir deyim var: "Allahın barmağı yoxdur ki, basa göz çıxara". Fikrimcə, “çoxbilmişlər”in bu gün üzləşdikləri bu problem İlahi Ədalətin öz xalqına xain kəsilmişlərə verdiyi ən ədalətli cəzadır. İnanıram ki, Azərbaycan hökuməti də Allahın cəzaya layiq gördüyü bu xainlərə layiq olduqları hüquqi qiyməti verəcək. Çünki məhz bu dələduzların xəyanəti nəticəsində ölkəmiz indiki ağır şəraitdə qeyri-neft sektorunun qurulmasına mane oldular. Xalqın ümumi sərvətini talamaqla qalmadılar, bir də taladıqları ilə ölkəmizin yox, xarici dövlətlərin iqtisadiyyatına töhvə verdilər. Əlbəttə ki, bu əclaflıq da özünün layiqli qiymətini almalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ