Tarix muzeyində Cümhuriyyət banilərinə həsr olunmuş sərgi açılıb

14:02 29-05-2018 | icon 1197 | Mədəniyyət
Tarix muzeyində Cümhuriyyət banilərinə həsr olunmuş sərgi açılıb

 

Şərqdə ilk demokratik respublikasının 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgidə 80-ən çox unikal sənəd, foto və şəxsi əşyalar nümaiş olunur. Sərginin ilk qonaqlarını Azərbaycan Cümhuriyyəti banilərinin böyüdülmüş fotoşəkillərdən baxan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski, Nəsib bəy Usubəyov, Əlimərdan bəy Topçubaşov və digərləri “qarşıladı”.

 

“Azərbaycan dövləti və xalqımız Azərbaycan Cümhuriyyətinin fəaliyyətinə və onun banilərinin xatirəsinə çox böyük hörmətlə yanaşır. Bizim vəzifəmz isə bu dahi insanların həyat və mübarizə tarixini gənc nəslə çatdırmaqdır”.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri sərginin açılışında MATM direktoru, akademik Nailə Vəlixanlı söylədi. O, həmçinin qeyd etdi ki, muzeyin kolleksiyasında Azərbaycan Cümhuriyyəti dövrünə aid 200-n çox material toplanıb və sərgidə bunların yarıdan çoxu nümaiş olunur.

Muzeyin “Elmi ekspozisiya və sərgilərin təşkili” şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov isə qeyd etdi ki, sərgidəki əşyaların arasında şəxsi kolleksiyalardan da olan materiallar var. Bu eksponatlar hamısı orijinaldır və bir neçəsi ilk dəfədir ki, nümaiş olunur. Muzeyin ən son əldə etdiyi eksponatlar, M.Ə Rəsulzadənin publisist Süleyman Təkinərə yazdığı məktublarıdır. Eksponatların arasında həmçinin Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri Həsən bəy Ağayevin də fotoşəkilləri, sənəd və məktublarını, Hacı Zeynalabdın Tağıyevin, arxasında “Əli Hüseynzadəyə yadigar” sözləri yazılmış şəkilini də görmək olar. Azərbaycan Cümhuriyyətinin bir neçə üzvü məhz bu görkəmli el atasının vəsaiti ilə Rusiya və xaricdə Ali məktəblərdə təhsil almışdırlar. Sərgidə, ilk dəfə olaraq, Azərbaycan Cümhuriyyəti ordusunun zabitinin üzərində ərəb qrafikasıyla “Azərbaycan” yazılmış paqonu nümaiş olunur.

S.Əhmədov deyir ki, bu çox nadir nüsxədir. Əvvəl Rusiyada kiminsə kolleksiyasına satılıb, sonra isə azərbaycanlı kolleksionerlərdən biri onu əldə edərək, muzeyə bağışlayıb. Çox maraqlıdır ki, AZƏRBAYCAN sözündə “N” hərfi hilal şəklində tikilib. Daha bir maraqlı eksponat – üzərində, 1919-cu ildə Paris sülh konfransında iştirak edən azərbaycan nümayəndə heyətinin rəsmi loqotipi olan konvert. Sərgidə, Azərbaycan Cümhuriyyəti herbinin eskizi, Azərbaycan Cümhuriyyəti vətəndaşının xarici pasportu, M.Ə.Rəsulzadənin dostu Ənvər Kölənə bağışladığı “Azərbaycan şairi Nizami” kitabı, 3, 25, 50, 100, 500 manat nominalında olan Azərbaycan Cümhuriyyəti əskinasları və digər maraqlı eksponatlar nümaiş olunur. Çox mühüm siyasi və iqtisadi məsələlərlə yanaşı Azərbaycan Cümhuriyyəti həm də mədəniyyət sahəsinin inlişafına böyük yardım göstərirdi. Ölkənin səhnələrində tamaşalar qurulur, sərgilər yaranır və ədiblərlə görüşlər təşkil olunurdu. Bu sərgidə bir çox tamaşaların afişasını da görmək olar. Sərgi sentyabrın 5-nə qədər davam edəcək.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ