Tanınmış şair koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Versus.az xəbər verir ki, bu barədə şair özü məlumat verib.
Hazırda "Yeni klinika"-da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib:
"Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram". /APA/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"