“Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş - FOTO/VİDEO

09:33 20-07-2020 | icon 1676 | Gündəm
“Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş - FOTO/VİDEO

İsveçrədə Ermənistanın səfirliyinin Berndə deyil, Cenevrədə olması ilə əlaqədar əsgərlərimizə dəstək və son hərbi təxribatlara etiraz aksiyası olaraq, İsveçrənin Bern, Sürix və Soloturn kantonlarında yaşayan diaspor nümayəndələrimiz Cenevrəyə qədər yürüşdə iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib. 

 

Yürüşdə 200-ə qədər diaspor nümayəndəmiz iştirak edib.

 

Yürüş “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış İsveçrə Konfederasiyasında Azərbaycan diasporunun Koordinasiya şurasının əlaqələndiricisi Əkbər Gəncə tərəfindən təşkil olunmuş və Azərbaycanın  Bern şəhərində yerləşən Səfirliyinin mənəvi dəstəyi nəticəsində baş tutub. Tədbirin icazəsi Q.Nəsirov tərəfindən alınıb və o, morderatorluğu həyata keçirib.

 

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra yer çıxışlara verilib Həm diaspor nümayəndələri həm də yerli sakinlər tərəfindən müxtəlif dillərdə çıxışlar baş tutub. Şəhər sakinləri ayaq saxlayaraq, tədbir iştirakçılarının tələbləri ilə maraqlanırdılar. Portuqaliya vətəndaşı tədbirdə çıxış edərək BMT Baş Katibi Antonio Quttereşə müraciət edərək, dünya ictimaiyyətini Azərbaycan xalqına dəstək olmağa və BMT Qətnamələrinin yerinə yetirilməsinə çağırıb.  

 

Türkiyəli soydaşlarımıza yürüş barəsində geniş məlumat verilib və onlar da əsgərlərimizə dəstək naminə çox sayda iştirak ediblər.

 

İsveçrədə keçirilən tədbir Azərbaycan diasporunun daha bir nailiyyəti oldu. Bu tədbir vasitəsi ilə Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyi nümayiş etdirildi.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...