“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə YARADILDI
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib.
O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 aprel tarixli Sərəncamı əsasında komitənin 2 departamenti - “Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti” və “Repatriasiya” departamentləri ləğv edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 aprel tarixli Sərəncamı ilə isə Dövlət Komitəsi aparatının ümumi ştat sayı artırılıb.
Artırılmış ştat vahidləri hesabına komitənin aparatının tərkibində iki yeni şöbə - “Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr”, “Qayıdışın qeydiyyatı və təşkili” şöbələri yaradılıb.
Ləğv edilmiş departamentlərdə işləyən dövlət qulluqçuları komitədə analoji vakant vəzifələrə təyin olunublar.
Komitədə struktur dəyişikliyi dövlət idraetməsini təkmilləşdirmək, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının effektivliyini təmin etmək məqsədi daşıyır.
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."