Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

08:03 03-08-2020 | icon 3530 | Köşə
Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Onlar ucuz kompaniyanın ucuz nümayəndələridir

ŞÖHRƏT EL-DƏNİZ

 

Qənirə Paşayevanı müdafiə edən kifayət qədər mətbuat nümayəndəsi var. Olmasa belə sıravi vətəndaşların, kömək etdiyi minlərlə insanın dəstəyi ona kifayət edir. Yəni millət vəkili Qənirə Paşayevanın mənim müdafiəmə ehtiyacı yoxdur. Sozün düzü deputat kimi Qənirə xanımın siyasi fəaliyyəti də məni az maraqlandırır. Məni maraqlandıran Qənirə xanımın bu ölkənin kritik dönəmlərində tutduğu vətəndaş mövqeyidir.

 

Qənirə Paşayeva ilə siyasi mübarizə aparan kəslərin də siyasi əxlaqı mənə maraqlı deyil. Məni maraqlandıran əxlaqsız siyasilərin belə, vətənpərvərlik deyilən məfhuma millətin kritik dönəmlərində verdiyi qiymətdir. Ki, bunu Qənirə Paşayeva timsalında dəyərləndirməyə paxıllıq edirlər.

 

Millət vəkili kimi Qənirə Paşayevanın fəaliyyətini Azərbaycanın ən ucqar kəndində yaşayan kasıb bir dağ adamının evindən tutmuş Avropa Şurasının ən möhtəbər zallarına qədər izləmək mümkündür. Hər iki halda o, həm millət vəkili kimi borcunu yerinə yetirir, həm də bir vətənpərvər kimi millətinin, dövlətinin mənafeyini qoruyur. Çox halda Qənirə xanımın vətənpərvərliyi millət vəkili kimi fəaliyyətini üstələyir. Bəlkə deyərdim ki, mane belə olur. Amma o bütün hallarda vətənpərvər olmağa üstünlük verir. Tovuzda başlanan savaşda da Qənirə xanım eyni mövqe nümayiş etdirdi. Hətta mən sosial şəbəkədə bəzi generallara görk olsun deyə belə bir status yazmışdım: “Qənirə Paşayevanı Müdafiə naziri təyin etsinlər. Vallah ciddi deyirəm. Bu qız özünü Müdafiə naziri kimi apardı. Savaş başlayandan bu günə kimi qərargahını köçürtdü cəbhə bölgəsinə, özüdə ən qaynar nöqtəsinə”.

 

Təbii ki, Qənirə Paşayevanı nə Müdafiə Naziri qoymazlar, nə də o özü bu vəzifəyə getməz. Sadəcə bir vətənpərvər gənc xanımın savaş başlayan gündən öz sağlamlığına məhəl qoymadan gecə-gündüz cəbhə bölgəsində sıravı kənd adamı ilə hislənmiş çaynikdən ərp bağlamış kruşkaya çay süzüb içib ətrafında olanları qalibiyyətə inandırmağı, ağır günlərin təsəllisini verməsi hər kişinin başının aşası iş deyildi. Düzdür sonradan 2-3 fəal şəxslər də bu cür addımlar atdı. Amma savaş səngiyəndən sonra, hətta Bayram Nurlunun belə əsgərliyə gedəcəyini bəyan etməsi artıq bu məsələnin ucuz kompaniya xarakterli olduğunu göstərdi. Ona görə bu gün Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər bu ucuz kompaniyanın ucuz nümayəndələridir. Bəziləri bunu Qənirə xanımın siyasi oponentlərinin etdiyini bildirir. Yox belə deyil. Qənirə Paşayevanı tanıyan adam kimi bilirəm ki, bu xanım 20 il bundan qabaq da Heydər Əliyev, İlham Əliyev tərafdarı idi, indi də. Bu xanımın əqidəsində sapmalar olmayıb. Bu baxımdan “vaxtilə müxalif siyasi cəbhədə olub, sonra iqtidarın tərəfinə keçdi” deyə siyasi oponentləri ona qarşı bu cür ucuz təbliğat apardıqlarına inanmıram. Bu addımı xəyanəti özünə vərdiş etmiş, Vətən, Dövlət anlamını dollar şəklində görən şəxslər ata bilərdi. Və şərəfsizcəsinə atdılar da. Amma bir səhvə yol verdilər. Ki, vətənpərvərliyə qara yaxmaq mümkün deyil. Çünki vətənpərvərliyin siyasi mənsubiyyəti olmur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

Rusiya Fransanı ciddi qəbul etmir?

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər

Qazaxıstandan Azərbaycana 102,2, Azərbaycandan Qazaxıstana isə 205,2...