“Müalicədə tək massajdan istifadə yetərli deyil”

16:24 09-08-2020 | icon 1056 | Sağlamlıq
“Müalicədə tək massajdan istifadə yetərli deyil”

Nərminə Abbasova: “Müalicə effektiv olsun deyə fizioterapiyalarla yanaşı aparılmalıdır”

 

“Əgər həkimin tövsiyyələrinə, istirahətə, dərman müalicələrinə baxmayaraq xəstənin şikayətləri davam edirsə, fizioterapiya başlanması faydalı ola bilər”.

 

Bunu Versus.Az-a fizioterapiyanın əhəmiyyətindən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA deyib.

 

Nərminə Abbasova bildirib ki, fizioterapiya, bütün onurğa fəqərəarası disk yırtıqlarının müalicəsində istifadə olunan ən təsirli və zərar verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəsislər tərəfindən icra olunduqda fizioterapiyanın hər hansı bir əks təsirləri olmur:

 

“Əsasən gündə bir seans tətbiq olunur. Ancaq, gündə iki seansla daha tez müsbət nəticə almaq mümkündür. Xəstənin klinikasına, xəstəliyin dərəcəsinə görə seans sayı tənzimlənir. Fizioterapiya kursu əsasən 21 seansdır. Fizioterapiya sonrasında soyuqdan qorunmaq lazımdır, çünkü soyuq hava cərəyanı əzələlərdə gərginliyə və dolayısı ilə ağrıya yol açar. Sadəcə fizioterapiyadan sonra deyil, hər zaman soyuqdan və hava cərəyanından uzaq olunmalıdır. Fizioterapiya sonrası 15-20 dəqiqə istirahət etmək, anidən soyuq havayla təmas etməmək, xüsusi ilə də boyun bölgəsindəki oynaq və əzələləri ən azından bir dəsmalla, ya da boğazlı paltarla qorumaq faydalıdır”.

 

Həkim-terapevt deyir ki, masaj müalicəsi də xəstələr tərəfindən çox tərcih edilən bir yöntəmdir. Ancaq doğru bir şəkildə və bilən mütəxəsislər tərəfindən icra olunduğunda yardımcı bir müalicə metodu olaraq istifadə olununmasi tövsiyyə edillir:

 

“Rahatlatıcı, əzələ spazmını azaldıcı, ağrı azaldıcı təsiri var. Ancaq masaj müalicədə təkbaşına yetərli deyil. Müalicənin effektiv olması üçün fizioterapiyalarla (səthi və dərin qızdırıcılar, elektrik axımları) birlikdə icra olunması məsləhət görülür. Yayğın olaraq istifadə olunan metodlardan birisi akupunkturadır. Akupunktura da artıq bir fizioterapiya növü olaraq qəbul edilməkdədir. Daha çox ağrının aradan qaldırılmasında effektivdir. Ağrının çox şiddətli olduğu hallarda icra oluna bilinir. Digər fizioterapiya yöntemleri ilə birlikdə istifadə olunarsa, çox müsbət nəticələr alınar. Fizioterapevtik müalicələr sırasında ilk bir neçə gün ağrılarda artma ola bilər, buna baxmayaraq xəstə həkimin məsləhət bildiyi şəkildə müalicəsini davam etdirməlidir”.

 

 

Nərminə xanımın sözlərinə görə, fizoterapiyaya gələn xəstə ilk olaraq müayinə edilir, bundan sonra nevropatoloq, neyrocərrah ortoped, fizioterapevtin birgə rəyi əsasında proseduralar təyin olunur:

 

 

“Müalicə planına uyğun olaraq, fizioterpiya ilə birlikdə xəstəyə müalicə idmanı və gündəlik davranışa aid tövsiyyələr verilir. Fizioterapik prosedurlar həkimin hər xəstəyə özəl olaraq tərtib edilmiş müalicə proqramına əsasən fizioterapevt tərəfindən təyin edilir. Səthi və dərin olmaqla iki növ istilik proseduraları var. Səthi isidicilərə istilik paketləri (Hot Pack), paraffin, infraqırmızı şüalar, termal palçıqlar aiddir. Dərin isidicilərə isə ultrasəs dalğa, qısa dalğa terapiyası aiddir”.

 

 

N.Abbasova bildirib ki, isti proseduraların ağrıkəsici təsiri var. Damarları genişləndirərək qan dövranının artmasını təmin edir. Beləliklə zədələnmiş toxumaların yaxşılaşmasını və özünü bərpa etməsini sürətləndirir. Həkimin sözlərinə görə, oynaqlarda qırıq, ağrı, hərəkətsizlik kimi səbəblərlə əlaqədar sərtləşən toxumaların həyati qabiliyyətlərini artırır. Eyni zamanda, əzələ spazmını azaldır.

 

 

Həkim-terapevt fizioterapiyaya gələrkən diqqət ediləcək məqamları önə çəkib:

 

 

“Seanslarınıza vaxtında gəlin, dəyişiklikləri həkiminizə əvvəlcədən bildirin. Müalicədən tam olaraq fayda görə bilməyiniz üçün seanslara ardıcıl olaraq gəlməniz vacibdir.

Proseduraya gələrkən rahat paltar geyinməniz vacibdir.

Digər mövcud olan xəstəliklərinizi (təyziq, ürək, şəkər, hamiləlik, bədəndəki metal və protezləri, ürək pili, infeksion xəstəlikləri) ilk seansdan əvvəl mütləq bildirin.

Fizioterapiya zamanı üzərinizdəki metal əşyaları çıxartmalısınız.

Fizioterapiya sonrası normal gündəlik işlərinizi edə bilərsiniz, xüsusi bir qorunmaya və ya istirahatə ehtiyac yoxtur. İstirahət yalnızca xəstəliyinizin durumuna görə həkiminiz tərəfından tövsiyyə olunarsa, icra edin.

Tövsiyyə olunan idman hərəkətlərini mütləq ardıcıl olaraq icra edin”.

 

 

Nərminə xanım onu da vurğuladı ki, manual (əllə) terapiya mexaniki boyun ağrılarında, əzələ spazmları, kontrakturalar, baş ağrıları, migren, onurğa bloklarında müsbət nəticələr verə bilir. Onun sözlərinə görə, boyun yırtıqlarında bu müalicə metodunun tətbiqinin həkim icazəsi olmadan icra olunması tövsiyyə olunmur.

 

 

DİQQƏT!

 

Əgər Fizioterapiya ilə müalicə olunmaq istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

WhatsApp: +99451- 311-75-75

 

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB