ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək

06:27 13-08-2020 | icon 534 | Dünya
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək

Mütəxəssislər tərəfindən istifadəsinə icazə veriləcəyi təqdirdə, ABŞ təxminən 600 milyon doza koronavirus peyvəndi istehsal etməyə hazırlaşır.

 

TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

 

“Peyvəndlərlə bağlı bəzi yaxşı xəbərlərimiz var. “Moderna” adlı şirkətlə 100 milyon doza vaksini istehsal etmək üçün razılaşma əldə olunub. Federal hökumət dozaların alınmasını maliyyələşdirəndən sonra biz onları alacağıq”, - deyə, D.Tramp bildirib.

 

D.Tramp əlavə edib ki, üç namizəd peyvənd artıq klinik sınaqların son mərhələsindədir və hökumət vaksinin istehsalına böyük sərmayə qoyur:

“100 milyon dozanı tez bir zamanda istehsal etmək yolundayıq. Mütəxəssislər tərəfindən təsdiqlənəndən dərhal sonra daha 500 milyon doza istehsal olunacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı