ABŞ Konqresi Türkiyəyə silah satışını dondurub

06:30 13-08-2020 | icon 700 | Dünya
ABŞ Konqresi Türkiyəyə silah satışını dondurub

ABŞ Konqresinin bir neçə üzvü Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri (ZRK) alması səbəbindən təxminən iki il müddətinə Vaşinqtonun Ankaraya silah satışını nəzərdə tutan böyük razılaşmaları bloklayıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Defense News” nəşri yazıb.

 

Dondurulan müqavilələrin sayı dəqiq bilinməsə də, onların arasında azı ikisinin böyük saziş olduğu bildirilir. Bunlardan biri “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlıdır.

 

Nəşrin yazdığına görə, amerikalı qanunvericilərin bu addımı ABŞ hakimiyyətinin Ankaraya qarşı 40 ildən artıq müddətdir ki, əl atmadığı diplomatik təzyiq göstərilməsi üçün alət rolu oynayır. 1975-ci ildə Türkiyə ordusu Kiprə hücum etdikdən sonra Vaşinqton Ankaraya silah satışını üç il dayandırmışdı.

 

Eyni zamanda, müdafiə sənayesi nümayəndələri narahatdırlar ki, gələn ilədək vəziyyət dəyişməzsə, bu, iki ölkənin podratçıları arasındakı münasibətlərə mənfi təsir göstərə bilər və nəticədə türk şirkətləri başqa tərəfdaş axtarmalı olacaqlar. /APA/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır