“Qarabağ” kolleksiyası ABŞ-da təqdim olunacaq 

12:27 28-08-2020 | icon 857 | Mədəniyyət
“Qarabağ” kolleksiyası ABŞ-da təqdim olunacaq 

Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyası ABŞ-da təqdim olunacaq 

Azərbaycanın tanınmış dizeyneri Gülnarə Xəlilovanın "Qarabağ" adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə IDFW  (International Digital Fashion Week) birinci rəqəmsal moda həftəsində təqdim olunacaq.

 

Versus.az bildirir ki, moda həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq.

 

G. Xəlilova bildirib: "Yeni həyat formatı yeni perspektivlər açır. "International Digital Fashion Week" Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən meydançadır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak edəcəklər, dünya brendlərinin kolleksiyaları təqdim olunacaq. Azərbaycanı bu cür əhəmiyyətli beynəlxalq layihədə təmsil etmək mənim üçün böyük şərəfdir".

 

Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. IDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanacaq. FNL şəbəkəsi "Apple TV", "Roku TV", "Andriod TV", "Amazon Fire TV"də, habelə  bütün "Android" və "Apple iOS" qurğularında baxmaq üçün əlçatandır. Kolleksiyalar altı ay ərzində platformada əlçatan olacaqlar. "International Digital Fashion Week"in banisi Rokko Leo Qaqliotidir (ABŞ).

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR