Deputat bu mədəniyyət abidələri ilə bağlı Baş Nazirə müraciət edib - FOTO

20:00 29-08-2020 | icon 689 | Mədəniyyət
Deputat bu mədəniyyət abidələri ilə bağlı Baş Nazirə müraciət edib - FOTO

Qənirə Paşayeva: "Müraciətlərimizə həssas yanaşan qurumların rəhbərlərinə təşəkkürümü bildirirəm"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Gədəbəyin ağır vəziyyətdə olan qədim tarixi və mədəniyyət abidələri ilə bağlı Baş Nazirə və müvafiq qurumlara müraciət edib.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müraciətdə deyib:

 

“Qədim Gədəbəy rayonumuzdan olan bir qrup ziyalıların “Mahsara”, “Qız Qalası” və bir sıra digər qədim abidələrin müvafiq qurumların biganə münasibəti səbəbindən ağır vəziyyətdə olması və abidələrlə bağlı təcili addımların atılmasına dəstək göstərilməsi ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə etdikləri müraciət əsasında bir sıra dövlət qurumlarına müraciətlər göndərdik. Rəsmi qurumlara qədim tariximizi özündə əks etdirən bu abidələrlə bağlı ciddi narahatlığımızı özündə əks etdirən müraciətlərlə bərabər bu məsələ ilə bağlı Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla və Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə geniş fikir mübadiləsi də apardıq, vəziyyətin xüsusi diqqətə götürülməsini xahiş etdik. Baş nazirimiz hörmətli Əli Əsədova bu məsələ ilə bağlı müraciətimizə çox həssaslıqla reaksiya verdiyi üçün təşəkkür edirəm. Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin rəhbəri əlaqə saxlayaraq bu məsələ ilə bağlı arşdırılması və tədbir görülməsi üçün müvafiq qurumlara tapşırıqlar verildiyini vurğuladı. Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov Mədəniyyət nazirliyində bu sahəyə cavabdeh olan qurumun uzun müddət tarix və mədəniyyət abidələrinə biganəliyindən təəssüflənərək bu abidələrlə bağlı məsələlərə və Mədəniyyət komitəsinin bununla bağlı müraciətinə xüsusi diqqətlə yanaşılacağını bildirdi. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevlə söhbətimiz zamanı bu abidələrə gedən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çınqıllanmasına dəstək göstərilməsinin rayonda tarixi-mədəni turizmin inkişafına da öz müsbət təsirini göstərə biləcəyini vurğuladı. Bununla bağlı Mədəniyyət komitəsi adından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə də müraciət göndərdik. Ümid edirəm ki, Mədəniyyət nazirliyində gedən dəyişiklik və islahatlarlardan sonra “Mahsara”, “Qız Qalası” da daxil olmaqla həm Gədəbəydəki, həm də digər rayonlardakı tarix və mədəniyyət abidələrimizə münasibət kökündən dəyişəcək və ciddi addımlar atılacaq. Müraciətlərimizə həssas yanaşan qurumların rəhbərlərinə təşəkkürümü bildirirəm.”

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır