"Ordumuz bu əraziləri dərhal vurmalıdır"

07:41 13-09-2020 | icon 966 | Geopolitika
"Ordumuz bu əraziləri dərhal vurmalıdır"

Azərbaycan Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı bütün dünya ölkələrinə xəbər verməli, peyk görüntülərini göndərməlidir. Ardınca isə Ermənistanın bu cəhdlərinə cavab olaraq konkret bir neçə qeyri-qanuni məskunlaşdırma məntəqəsi tikinti mərhələsində olarkən və ya sivil vətəndaşlar olmadığı zaman məhv edilməlidir.

 

Versus.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı açıqlamasını şərh edərkən deyib.

 

O bildirib ki, Azərbaycan ikinci addım kimi Ermənistanı işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verməlidir:

 

“Ermənistan işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparmaqla 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozur. Konvensiyada açıqca göstərilir ki, işğalçı tərəf işğal etdiyi torpaqlara heç bir halda öz vətəndaşlarını və ya xaricdə yaşayan vətəndaşlarını köçürə bilməz. Baxın, burada məsələ heç də işğalçı ölkənin öz vətəndaşlarını işğal etdiyi ərazilərə köçürməsindən getmir. Yəni nəinki erməni, istənilən millətin nümayəndəsinin işğal edilmiş torpaqlara köçürülməsi konvensiyanın tələblərinin pozulması deməkdir. Çünki konvensiyada işğal edilən torpaqların etnik tərkibinin dəyişdirilməsi işğalın leqallaşdırılması cəhdi kimi qiymətləndirilir.

1949-cu il Cenevrə Konvensiyasına görə, eyni zamanda işğalçı ölkə işğal etdiyi ərazinin yerli əhalisini heç bir halda başqa bir əraziyə köçürə və ya qova bilməz. Göründüyü kimi, Ermənistan münaqişənin ilk günlərindən Dağlıq Qarabağın yerli əhalisi olan azərbaycanlıları öz torpaqlarından didərgin salaraq onlara qarşı xüsusi amansızlıq törədib və 1949-cu il Cenevrə Konvensiyasının tələblərini ən sərt şəkildə pozub.

Azərbaycan Ermənistanı bu siyasətinə görə Beynəlxalq Ədalət Məhkəməsinə verməlidir. Düzdür, Ermənistan və Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə dair əldə edilən razılaşmaya qoşulmayıb, ona görə belə bir müraciət ciddi rezonans doğura bilər. Buna baxmayaraq, bu addımımız dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti haqda məlumat alması üçün önəmlidir”.

Professorun sözlərinə görə, Ermənistan təkcə beynəlxalq hüququ deyil, öz qanunlarını da pozur:

“Məsələ ondadır ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdən əhalini çıxararaq, öz əhalisini orda məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur. Bu belə özlüyündə ciddi bir faktdır və rəsmi İrəvanın özünə qarşı yönəldilə bilər”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ