Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

10:49 21-09-2020 | icon 1187 | Gündəm
Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

"Azərbaycanın neft-qaz sektorunda layihələrin icrası uğurla davam etdirilir"

 

Arxada qoyduğumuz həftə Azərbaycan üçün strateji əhəmiyyət daşıyan iki müqavilənin imzalanması günü ilə yadda qaldı. Hər iki müqavilə Azərbaycanın neft sektoru ilə bağlıdır: “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü sazişi və yenə həmin yataqların işlənməsi üzrə yeni şərtləri ehtiva edən müqavilə.

 

“Əsrin müqaviləsi” adlandırılan birinci müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Dünyanın ən nüfuzlu xarici şirkətlərinin iştirakı ilə bağlanan müqavilənin Azərbaycan iqtisadiyyatında oynadığı həlledici rolu bu gün heç kim inkar edə bilməz. Məhz bu müqavilənin icrası nəticəsində ölkə iqtisadiyyatına 200 milyard dollardan yuxarı xarici sərmayə cəlb olundu, 150 milyard dollara yaxın gəlir əldə edildi. Əldə olunan neft gəlirləri ölkənin təhsil, səhiyyə, nəqliyyat sektorlarının tamamilə yenidən qurulmasına, ən müasir səviyyədə infrastrukturun yaradılmasına imkan verdi. Prezident İlham Əliyev bu müqavilənin ölkə tarixində rolunun böyük olduğunu vurğulayıb:

“Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.

 

Esrin muqavilesi”nin imzalandigi gundur

 

2017-ci il sentyabrın 14-də isə AÇG yataqlarının işlənmə müddətinin 2050-ci ilədək uzadılmasını nəzərdə tutur. Bu müqavilədə şərtlər Azərbaycan üçün birincidən daha əlverişlidir. Müqaviləyə əsasən xarici investorlar tərəfindən Dövlət Neft Fonduna 3,6 milyard dollar həcmində bonus ödənilməlidir və artıq buna başlanıb. SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edir, eyni zamanda layihədə SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

 

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin  imzalanması mərasimi keçirilib YENİLƏNİB - 4 VİDEO - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

 

Prezidentin sözlərinə görə, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir:

 

“İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”.


Prezident Sovet dövrünün nostalgiyası ilə yaşayanlara da mesaj ünvanlayıb:

 

“Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”.

 

Dünən Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən Prezidentin də vurğuladığı kimi, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır:

 

“Bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz – bu gün “Abşeron”, bir ay əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək”.

 

 

Ölkə rəhbəri neft sənayesinin Azərbaycanın inkişafında rolunu yüksək qiymətləndirməklə bərabər, bu sahədə çalışan insanların əməyinə də yüksək qiymət verir:

 

“Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır. Eyni zamanda, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır”.

 

İ.Əliyev bildirib ki, Azərbaycanın neft-qaz sektorunda layihələrin icrası uğurla davam etdirilir:

 

“Bizim əsas gəlir mənbəyimiz “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarıdır. Orada işlər plan üzrə gedir. İndi orada “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcəkdir.

 

Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft  çıxarılıb - Xoşbəxt Yusifzadə

 

“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yataqların çox zəngin qaz ehtiyatları vardır. Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır. “Şahdəniz-2” layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Hazırda burada gördüyümüz dayaq bloku dənizə göndəriləcək və ümid edirəm ki, bir, iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var. Digər çox perspektivli layihə “Dayazsulu Abşeron” adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünki yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək. Digər layihələr də var, hansılar ki, böyük ümidlər verir. Amma bütövlükdə deyə bilərəm ki, baxmayaraq “Əsrin kontraktı” 1994-cü ildə imzalanıb və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır”. /musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ