Xətai rayonu şəhidini qarşıladı - FOTOLAR
Ermənistanın dinc əhalimizə qarşı yönəlmiş hərbi təxribatına cavab olaraq, Azərbaycan ordusunun əks-hücumu ilə başlayan vətən müharibəsində daha bir hərbçimiz şəhid olub.
Əslən Tovuz rayonu Çeşməli kəndindən olan, Bakı şəhəri, Xətai rayon sakini, 1985-ci il təvəllüdlü, şəhid Həsənov Ceyhun Aydın oğlunun cənazəsi bu gün yaşadığı qəsəbəyə gətirilib.
Xətai rayonunda böyük bir qələbəlik şəhidin cənazəsini qarşılayıb. Rayon icra hakimiyyəti başçısı, sadə vətəndaşlar, şəhidin yaxınları onu son mənzilə yola salmaq üçün axın ediblər. “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndirən insanlar bayrağa sarılmış cənazənin arxasınca yürüş ediblər.
Qey edək ki, şəhidin cənazəsi ikinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"