Fuad Muradov 7 kişini şantaj etdi və...

16:17 26-04-2024 | icon 201 | Cəmiyyət
Fuad Muradov 7 kişini şantaj etdi və...

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

 

Versus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Fuad Muradova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddələri ilə yekun ittiham verilib.

 

İttihamda qeyd edilib ki, Muradov 7 nəfər kişini intim video, şəkillər və digər vasitələrlə şantaj edib. Həmin kişilər iş üzrə zərərçəkmiş qismində tanınıb.

 

Müttəhimin işini Elmin Rüstəmovun sədrlik etdiyi məhkəmə heyəti araşdıracaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ