Sülh Bəyanatı kimə sərfəli oldu?

19:19 10-11-2020 | icon 958 | Siyasət
Sülh Bəyanatı kimə sərfəli oldu?

Mütəllim Rəhimli: "Bu Bəyanat Azərbaycan üçün məğlubiyyət deyil, ancaq..."

 

"Bu gün imzalanan sülh bəyanatı ciddi təhlil tələb edir. Bu artıq qələbədirmi və ölkəmizin milli maraqlarını nə dərəcədə qoruyur - sualı yəqin ki, bayram coşqusu yaşayan hər bir azərbaycanlının da içindən keçməmiş deyil".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.
 
 
Mütəllim Rəhimlinin fikrincə, Bəyanatın məhz indi imzalanması, şübhəsiz ki, onun ictimai rəy üçün "aktuallığını" və "əhəmiyyətini" artırmağa hesablanıb:
 
 
"Əks halda Ağdam, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Xankəndində nəfəsi hiss edilən ordumuzun yeni bir həmləsindən sonra Ermənistan faktiki məğub vəziyyətinə düşəcəkdi, Azərbaycan isə mütləq qələbəni təmin edirdi. Bundan sonra Rusiya ilə bizim razılaşmamız başadüşülən olmazdı. Məğlub ermənilərin də hər şey bitəndən sonra yeganə ümidgahları olan Rusiyanın dövriyyəyə girməsi etimadsızlıq mühitini aradan qaldıra bilməzdi. Ondan sonra Rusiya Ermənistanda arzuolunmaz müttəfiqə çevrilirdi. Məhz buna görə bu məqamda Rusiya prosesdə dönüş etdi".
 
 
Sədr müavini hesab edir ki, bu bəyanat Azərbaycan üçün məğlubiyyət deyil, ancaq xalqın istədiyi və arzuladığı qələbəni də təmin etmədi:
 
 
"Rusiya isə Ermənistanda daha da möhkəmləndi və uzun illər sonra da Ermənistanın Qərbə doğru meyllənməsinə son qoydu. Üstəlik, yerləşmə məkanını bir az da genişləndirən Rusiya Azərbaycana – Qarabağa qayıtdı. İndi Rusiya Laçın koridoru ilə yanaşı, idarəetmə mərkəzi Xankəndində yerləşməklə Dağlıq Qarabağa da nəzarəti həyata keçirəcək.
 
Bəlkə də bu razılaşma indi mümkün variantlardan ən yaxşısını götürməkdən ibarət olub. Amma bununla belə biz həmişə daha yaxşıları əldə edəcəyimizə ümidliydik. Çünki xalqın döyüş, birlik əzmi, siyasi qüvvələrin vəhdəti, ordunun gücü, qəhrəmanlığı yeni qələbələrə işarə edirdi. Lakin diplomatiyamızın gücü buna adekvat gəldimi, bax, ən düşündürücü məqam budur".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ