Rektor Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

12:55 18-01-2021 | icon 286 | Təhsil
Rektor Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən yüzlərlə çağrışçılar arasında Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı, tələbə və məzunları da olub. Onlar İkinci Qarabağ müharibəsində iştirak edərək Böyük Zəfərin qazanılmasına öz töhfələrini veriblər.

 

Versus.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu günlərdə ordu sıralarından tərxis olunan Elektron Tədris şöbəsinin əməkdaşı Ağasəlim Qafarovla görüşüb.

 

Elmar Qasımov Prezidenti İlham Əliyevin komandanlığı ilə işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində Azərbaycan əsgərlərinin, hərbçilərinin tarix yazdığını ölkəmizə qarşı davam edən ədalətsizliyin bərqərar olunmasında rəşadətlə vuruşduğunu qeyd edib.

 

Rektor ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

 

“Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadr olmaqla yanaşı, döyüş meydanında layiqli vətəndaş kimi də özünüzü doğrultdunuz. BANM ailəsi olaraq sizinlə fəxr edirik!”- deyə rektor əlavə edib.

 

Rektor Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfə verən A.Qafarova öz təşəkkürünü bildirib və göstərdiyi şücaət və işinə peşəkar yanaşması nəzərə alınaraq onun vəzifə dərəcəsinin artırıldığını qeyd edib.

 

Ağasəlim Qafarov isə öz növbəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edərək əzəli torpaqlarımızın düşməndən azad edilməsində iştirak etdiyinə görə qürur duyduğunu bildirib.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ