Hərbi formada azad edilmiş ərazilərə qanunsuz keçmək istədilər

17:26 23-02-2021 | icon 358 | Hadisə
Hərbi formada azad edilmiş ərazilərə qanunsuz keçmək istədilər

Fevralın 22-də işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları “Niva” markalı iki avtomobili saxlayıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildiriblər. Lakin polisin tələbinə əsasən onlar heç bir rəsmi sənəd təqdim etməyərək israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər.

 

Onların bu cəhdinin qarşısı alınıb və saxlaınlaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətirilib. 

 

İlkin araşdırmalarla müəyyən edilib ki, xüsusi geyim formasında olan bu şəxslər – Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq, haradansa əldə etdikləri xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad olunmuş ərazilərə keçmək niyyətində olublar. 

 

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ