“Hakimiyyət seçkidə monolit olmağı bacarır, amma müxalifət…”

12:38 05-02-2018 | icon 488 | Siyasət
“Hakimiyyət seçkidə monolit olmağı bacarır, amma müxalifət…”

“Həmin partiyalar müstəqil deyil”

“Bəzi partiyalar qərar vermək üçün iqtidarın namizədinin kim olacağını gözləyirdi.  Bu da onu göstərir ki, həmin partiyalar müstəqil deyillər”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev YAP-ın öz namizədini açıqlayandan sonra bəzi müxalifət partiyalarının seçki namizədi ilə bağlı irəli sürdüyü qeyri-müəyyən, şübhəli yanaşmalarının aradan qalxacağı və seçki ilə bağlı aktivlik fazasının dəyişəcəyi ilə bağlı açıqlamasında bildirib.

“ALDP 2017-ci il aprelin 12-də prezident seçkisində iştrakla bağlı qərarını verib. Biz həmin tarixdən seçkilərə hazırlaşırıq. Əgər hakimiyyət öz namizədini irəli sürübsə, deməli bütün resurslarını işə salacaq. Ona görə də mən partiyaların seçkidə namizədlə iştirak etmələrində hər hansı qeyri-müəyyənlik, şübhəli nüanslar axtarmağın tərəfdarı deyiləm”.

F.Əliyev eyni zamanda  bildirib ki, YAP-ın öz namizədini bəyan etməsindən sonra da bəzi partiyaların seçkiyə yanaşmasında heç nə dəyişməyəcək:

“Hakimiyyət seçki dövründə daxili problemləri bir kənara qoyub monolit olmağı bacarır. Təəssüflər olsun ki, bu sözləri müxalifət üçün deyə bilmirəm. Partiya sədrlərinin “o kimdir mən olan yerdə”, “bu hakimiyyətə işləyir” iddiaları, “o bacarıqsızdır”- kimi yersiz yanaşmaları, nəticə etibarilə müxalifətin vahid mövqedən çıxış etməsinə imkan vermir”.

İlahə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ