Rəis cəzalandırıldı

14:56 04-08-2021 | icon 614 | Hadisə
Rəis cəzalandırıldı

31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş verib və yanğınla əlaqədar yerində araşdırma aparılıb.

 

Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən birgə məlumata görə, araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyənləşib.

 

Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub.

 

Aparılan ölçmələr zamanı müəyyən edilib ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəyib.

 

Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3.000 manat cərimə edilib.

 

Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ