"Talibanın quracağı dövlət islama parodiya olacaq”

11:50 18-08-2021 | icon 721 | Geopolitika
"Talibanın quracağı dövlət islama parodiya olacaq”

Qabil Hüseynli: “Bu, Azərbaycan üçün iqtisadi və dini baxımdan təsirsiz ötüşməyəcək”

 

“Taliban hakimiyyətə gəlsə də, bunun davam edəcəyini söyləmək tezdir”.

 

Versus.Az xəbər verir ki, bunu Talibanın hakimiyyətə gəlməsi ilə region, eləcə də Azərbaycan üçün yarana biləcək iqtisadi, dini və sosial gərginliklə bağlı açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

 

Politoloq hesab edir ki, hələ ki, Əfqanısatanda keçid hökuməti yaradılıb. Onun sözlərinə görə, bu qeyri-qanunidir və onun legitimləşdirilməsi ciddi məsələdir:

 

“Əvvəla Talibanı terrorçu təşkilatı kimi tanıyan ölkələr - Amerika, Rusiya, Avropa ölkələri onu terrorçular siyahısından çıxarmayacaqlar. Çünki Taliban islam ölkəsi yaratmaq istəyən İşiddən də təhlükəli bir təşkilatıdır. Onun quracağı şəriət dövləti islama parodiya olacaq. Taliban İsalamın gözdən salınması, isalam ölkələrinə qarşı isalamafobiyanın yaranması üçün yeni bir dəstəvuz olacaqlar”.

 

Politoloq belə güman edir ki, Azərbaycan Talibanla heç bir əlaqələr qurmayacaq. O, hesab edir ki, Əşqəf Qani dövründə qurulmiş sazişlər saxlanılmalıdır:

 

“Bizim üçün ən təhlükəli məqam qaçqınların Azərbaycan istiqamətinə də gəlməsidir. Düzdür, sərhədlərimiz ciddi qorunur, amma hər halda qaçqın axınından sığortalanmırıq. Əgər Qaçqın axını olarsa, humanitar davranmaqdan başqa əlacımız qalmayacaq. Əminəm ki, Amerikanın bu hərəkətini onun müttəfiqləri qınayacaq. Qaçqın axını Avropanı bürüyəndən sonra daha çox narahat olacaqlar. Taliban terrorçu bir dövlət olacaq. Eləcə də İrandan da dəhşətli radikal islamın dəstəklədiyi dövlət olacaq. Eyni zamanda radikal islamın güclənməsi meylləri də ola bilər. Azərbaycanda radikal islama meyillilik az olsa da, öz təsirini göstərəcək”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ