İran yeni, çox böyük təlimlərə BAŞLADI

13:39 12-10-2021 | icon 1057 | Gündəm
İran yeni, çox böyük təlimlərə BAŞLADI

İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və İran ordusu "strateji obyektləri müdafiə etmək" üçün birgə hava təlimləri keçirirlər.

 

Versus.Az xəbər verir ki, hərbi təlim bu gündən etibarən iki gün davam edəcək və təlimdə İran Ordusunun Hərbi Hava, Hava Hücumundan Müdafiə Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri iştirak edir.

 

SEPAH-a bağlı "Xatəm-əl-Ənbiya" Birgə Hava Hücumundan Müdafiə Qərargahının komandanı, briqada generalı Qadir Rəhimzadə birgə ixtisaslaşdırılmış hava hücumundan müdafiə təliminin əməliyyat mərhələsinin ölkənin mərkəzi səhralıq (kəvir) bölgəsində keçiriləcəyini bildirib.

 

Keçirilən hava təlimi "Vilayət səmasının müdafiəçiləri-1400" adlanır və İran hərbi rəsmilərinə görə, təlimdə pilotsuz təyyarələrdən istifadə ediləcək.

 

General Rəhimzadə təlimin keçirilməsi məqsədlərindən birinin İranın "həssas və həyati əhəmiyyətli mərkəzlərinin müdafiə edilməsi" kimi dəyərləndirib.

 

 

İranın nüvə obyektlərinin və atom mərkəzlərinin əksəriyyəti ölkənin mərkəzi bölgələrində, əsasən "İsfahan və Mərkəzi" əyalətlərində yerləşir.

 

İranın son vaxtlar ardıcıl hərbi təlimlər və manevr keçirməsi ilə eyni vaxtda, Azərbaycan Müdafiə Nazirliyi də bu gündən başlayaraq oktyabrın 11-də Bakı bölgəsində istehsalat və enerji təchizatı infrastrukturunun qorunması məqsədilə iki günlük hərbi təlim keçirəcəyini açıqlayıb.

 

Qeyd edək ki, İran son həftələrdə Azərbaycanilə sərhədi yaxınlığında daha bir hərbi təlim keçirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Xankəndidə separatçılıq rəmzləri SÖKÜLÜR

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır