Liderlərin Moskva görüşü olacaqmı - gözləntilər

19:18 02-11-2021 | icon 350 | Geopolitika
Liderlərin Moskva görüşü olacaqmı - gözləntilər

Rəsmi İrəvan sülhə meylləndiyi vaxtda revanşistlər yenidən meydana çıxmağa hazırlaşır

 

Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşəcəkləri barədə yayılan məlumatlar hələ də gündəmdədir. Düzdür, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı demişdi ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml vaxtındaca bu barədə xəbər verəcək.

 

Bundan əvvəl RİA Novosti vəziyyətlə yaxından tanış olan mənbəyə irtinadən xəbər vermişdi ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş Moskvada noyabrın ilk ongünlüyündə baş tuta bilər. “Bəli, təqribən noyabrın 8-9-da Moskvada belə bir görüşün keçirilməsi gözlənilir”, - deyə mənbə bildirmişdi. İddia olunmuşdu ki, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir. “Sənəd Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı “yol xəritəsini” müəyyən edəcəklər. Bundan əlavə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanatın da qəbul olunacağı gözlənilir. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapıb”, - deyə mənbə bildirib.

 

Bundan sonra Ermənistan XİN məsələyə reaksiyasında belə bir görüşün planlaşdırılmadığını bildirmişdi.

Moskvadan İrəvana KRİTİK ZƏNG: Lavrov Mirzoyanla nəyi müzakirə etdi? - Son  dakika haberleri ve gündeme dair tüm gelişmeleri siz değerli okurlarımıza  tarafsız ve objektif bir şekilde aktarıyoruz.

Noyabrın 1-də isə Rusiya XİN rəhbəri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Məlumata görə, telefon danışığı zamanı minalanmış ərazilərin xəritələrinin verilməsi və digər məsələlər müzakirə edilib. Əsas diqqət mövcud humanitar problemlərin həllinə, ilk növbədə saxlanılan şəxslərin qaytarılmasına, minalanmış sahələrin xəritələrinin qaytarılmasına və mədəni-dini irsin qorunub saxlanmasına yönəldilib. Bundan əlavə tərəflər Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına, Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının açılmasına, regional əməkdaşlıq üçün münbit şəraitin yaradılmasına da toxunublar. Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən hadisələrin siyasi-diplomatik yollarla həlli üçün səylərin davam etdirilməsinə diqqət yönəldilib", - deyə Rusiya XİN-in məlumatında deyilir. O da bildirilir ki, danışıqlar zamanı tərəflər “müxtəlif səviyyələrdə gələcək görüşlər nəzərə alınmaqla" ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

Bu arada Ermənistanın ikinci prezidenti Robert Köçəryanın liderlik etdiyi “Hayastan” bloku noyabrın 9-da mitinq keçirəcəyini bəyan edib.  Bildirilir ki, noyabrın 1-də “Hayastan” blokunun parlament fraksiyasının iclası keçirilib. İclasda ölkədəki ictimia-siyasi vəziyyət müzakirə olunub. Əsas müzakirə mövzusu isə noyabrın 9-da İrəvanın “Azadlıq” meydanında keçiriləcək aksiya olub. “Hayastan” blokuna ölkənin iki əsas müxalifət partiyası – “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” daxildir. Ermənistan müxalifətinin aksiyanı noyabrın 9-na təyin etməsi təsadüfi deyil. 9 noyabr  44 günlük Qarabağ savaşının bitdiyi tarixdir. Məhz 9 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli razılaşma əldə olunub. Bu razılaşma tarixə kapitulyasiya aktı kimi düşüb. Ermənistan müxalifəti həmin razılaşmadan sonra Baş nazir Nikol Paşinyanı xəyanətkar elan edib. Ölkədə siyasi böharn yaranıb və bu proses hələ də davam edir.  Güman olunur ki, noyabrın 9-da keçiriləcək aksiyada əsas mövzu Qarabağ, əsas tələb isə Paşinyanın istefası olacaq. Ancaq 9 noyabr mitinqinə Ermənistan cəmiyyətinin dəstək verəcəyi bir qədər inandırıcı görünmür. Hər halda iyunun 20-də keçirilən parlament seçkilərində Robert Köçəryan bütün gücünü ortaya qoysa da, Paşinyana qalib gələ bilmədi. Paşinyanın müharibəni uduzmasına baxmayaraq, cəmiyyət Köçəryanın timsalında revanşist qüvvələri dəstəkləmədi. Bu baxımdan, 9 noyabr aksiyasına da Ermənistan cəmiyyətinin eyni münasibət göstərəcəyini düşünmək olar. 

Ermənistandakı revanşsitlər ilk dəfə deyil ki, hansısa anlaşmanı pozmağa çalışırlar. Vaxtilə ermənilər hətta terrora əl atmaq bahasına Azərbaycanla əldə oluna biləcək hansısa anlaşmaların qarşısını kəsiblər. Bu mənada növbəti dəfə eyni metoda əl atıla biləcəyi də şübhə doğurmur.

Bəs, gözləntilər necədir, Moskva görüşü olacaqmı? Azərbaycan və Ermənistan liderlərinin hansısa sənədi imzalayacağı barədə Ermənistan mediasının yazdıqları və Azərbaycan müxalifətinin bəzi liderlərinin iddia etdikləri nüanslar gerçək ola bilərmi? Artıq müəyyən hərəkətlilik başlayıb. Qeyd etdiyimiz kimi, Rusiyanın və Ermənistanın xarici işlər nazirləri telefon danışığı trafikinə başlayıblar...

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

 

Versus.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bəzi ehtimallarını açıqlayib.

 

“Ortada doğrudan da, müəyyən məsələlərlə bağlı daha bir sənədin müzakirəsi var. Rusiya Üçtərəfli Bəyanatın birinci ildönümü günü tərəflər arasında yeni sənədlərin imzalanmasına maraqlı tərəf kimi çıxış edir. Çünki, ötən ilin bu günləri Moskvanın Bakıya verdiyi sözlər və vədlər var ki, onların reallaşmaması Bakı və Moskva arasında münasibətləri korlaya bilər. Hazırda istisna deyil ki, Azərbaycanın kommunikasiya- nəqliyyat yolları və sərhədlərin delimitasiyası- demarkasiyası ilə bağlı tələbləri müzakirə predmetidir”. Z.Məmmədov güman edir ki, Rusiya və Ermənistan XİN başçıları son telefon danışıqlarında bu məsələni müzakirə ediblər: “Lavrov erməni xarici işlər nazirini qəti mövqe sərgiləməyə çağırıb və məsuliyyətin Paşinyanın üzərində qalacağını qeyd edib”. Ümumilikdə, politoloq qeyd etdi ki, bölgədə artıq yeni proseslərə start verilib: “Qərbi Zəngəzur müəyyən müddətdən sonra elə Paşinyanın özünün razılığı ilə həqiqi sahibinə qaytarıla bilər. Erməni dövlətinin gələcəyi bir neçə onildən sonra Çuxursəd ətrafı ilə hüdudlaşmalıdır”.

Bu qarşıdurmada əsas qazanan Türkiyə ola bilər - Məhəmməd Əsədullazadə

 

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə müəyyən mesajlar verilir.

“Burada əsasən, sərhədlərin delimitasiyası ilə bağlı razılıq və Zəngəzur dəhlizi ilə bağlı məsələlərlə bağlı razılığın əldə olunacağı qeyd edilir. Düşünürəm ki, buna ehtiyac var. Hətta prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan görüşə hazır olduqlarını daim vurğulayıblar. Sadəcə, bu görüşün ikitərəfli şəkildə keçirilməsində maraqlı idilər. Amma Rusiya prosesə müdaxilə edərək, vasitəçi olaraq belə bir görüşün Rusiyada keçirilməsinə çalışır”.

Ekspert Ermənistandakı revanşistlərin prosesi pozmaq cəhdlərindən də bəhs etdi: “Ümumiyyətlə, erməni müxalifəti çalışır ki, Nikol Paşinyanı satqınlıqda ittiham edir. Ona görə də erməni müxalifətinin iddialarına fikir vermək olmaz. Azərbaycandakı bəzi dairələr də bilməyərəkdən proseslərə aydın yanaşamayaraq, qeyri-ciddi arqumentlərlə çıxış edirlər. İlk görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasından söhbət getmir. Öncə burada sərhədləri Ermənistan tanımalı və status cəfəngiyatından əl çəkməli, 10 noyabr və 11 yanvar razılaşmalarını həyata keçirməlidir. Amma proses ləng gedir və Kreml də çalışır ki, onun iradəsindən kənar hər hansı bir sənəd imzalanmasın”. M.Əsədullazadə hesab edir ki, görüş baş tutarsa, burada sərhədlərlə bağlı və yolların açılması kimi məsələlər razılaşdırıla bilər: “Belə bir görüş mümkündür və Azərbaycan buna hazırdır. Ola bilər ki, erməni hakimiyyəti müxalifətdən çəkindiyi üçün planlaşdırılan görüş barədə açıqlama vermir”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...