Avropa çempionları bu gün mundiala vəsiqə qazana bilər

12:26 15-11-2021 | icon 727 | İdman
Avropa çempionları bu gün mundiala vəsiqə qazana bilər

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin daha üç qrupuna yekun vurulacaq.

 

Versus.Az xəbər verir ki, F qrupunda hər şey formal xarakter daşıyacaq. Belə ki, bu qrupdan Danimarkanın mundialda, Şotlandiyanın isə dünya çempionatına çıxmaq üçün pley-offda iştirak edəcəyi daha öncədən müəyyənləşib.

 

Gecənin əsas görüşləri isə Şimali İrlandiya – İtaliya, İsveçrə – Bolqarıstan, San Marino – İngiltərə və Polşa – Macarıstan matçları olacaq. Çünki bu matçlardan sonra hansı iki komandanın mundiala gedəcəyi, hansı iki komandanın pley-offda oynayacağı bilinəcək.

 

C qrupundan fərqli olaraq, İngiltərənin səfərdə cırtdan milliyə qalib gəlib mundiala birbaşa vəsiqə qazanacağı ehtimal edilir. San Marino sensasiya edib ingilisləri məğlub etsə belə, top fərqi ilə son Avropa çempionatının finalçısı mundiala vəsiqə qazana bilər. Avropa çempionu İtaliya isə eyni xala malik olan İsveçrə ilə arasındakı iki top fərqli üstünlüyü qorumaq üçün mümkün qədər rəqibinə çox qol vurmalıdır.   

 

DÇ-2022-nin seçmə mərhələsi
15 noyabr

 

C qrupu

23:45 Şimali İrlandiya – İtaliya

23:45 İsveçrə – Bolqarıstan

 

F qrupu

23:45 İsrail – Farer adaları

23:45 Şotlandiya – Danimarka

23:45 Avstriya – Moldova

 

I qrupu

23:45 San Marino – İngiltərə

23:45 Albaniya – Andorra

23:45 Polşa – Macarıstan

 

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ