"Əgər və nə vaxtsa bu barədə danışqılar olsa..."

11:08 23-11-2021 | icon 481 | Geopolitika
"Əgər və nə vaxtsa bu barədə danışqılar olsa..."

Ermənistan Türkiyə ilə münasibətlər qurmaq üçün bu addımı atdı

 

İrəvan Ankara ilə münasibətlərinin normallaşdırlmasında Moskvadan vasitəçilik etməsini xahiş edib.

 

Versus.Az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidmətinə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

 

Onun sözlərinə görə, Rusiya da daxil olmaqla bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəşiliyini təklif edib, Yerevan bu məqsədlə Moskvanı seçib:

 

“Rusiya da daxil olmaqla, bir neçə beynəlxalq partnyorlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər və nə vaxtsa bu barədə danışqılar olsa, məlumat verəcəyik”.

 

Bildirilir ki, İkinci Qarabağ Müharibəsindən sonra, avqust ayından başlayaraq Ermənistanın baş naziri və Türkiyə prezidenti digər tərəfdən müsbət siqnallar aldıqlarına dair bəyanatlar veriblər. Ötən sentyabrda hətta Rəcəb Tayyib Ərdoğan bildimişdi ki, baş nazir Nikol Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb. Lakin Ərdoğan demişdi ki, belə bir görüşün baş tutması üçün Yerevan “Zəngəzur dəhlizinin” açılması istiqamətində addımlar atmalıdır. Yerevan cavab olaraq bildirmişdi ki, “dəhliz məntiqi” Ermənistan üçün qeyri-məqbuldur, amma Yerevan Ankara ilə təmaslara hazırdır.

 

Ermənistan XİN mətbuat katibinin sözlərinə görə o vaxtdan bəri Ankara və Yerevan arasında birbaşa danışıqlar olmayıb.

 

Qeyd edək ki, Ermənistanın Türkiyə ilə münasibətlər qurmasında ABŞ da öz vasitəçiliyini təklif edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ