Tələbələrin NƏZƏRİNƏ
Universitet üçün yeni yataqxanalar tikiləcək
Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir.
Versus.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev məlumat verib.
O bildirib ki, bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır:
“Universitetin 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub. Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”.
Rektor əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin köhnə yataqxanası ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur:
“Hazırda layihələr üzərində işləyirik. Ən yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"