Terapevt ağciyərlərin xroniki obstruktiv xəstəliyindən danışdı

21:45 20-12-2021 | icon 1225 | Sağlamlıq
Terapevt ağciyərlərin xroniki obstruktiv xəstəliyindən danışdı

Nərminə Abbasova: “Xəstəliyin bu forması üçün xəstələrin arıq olması xarakterikdir”

 

“Ağciyərlərin xroniki obstruktiv xəstəliyi insanın tənəffüsünü çətinləşdirən ağciyər xəstəliyidir. Bu, ağciyərlərin bir qayda olaraq, siqaret çəkmək səbəbindən zədələnməsi ilə səciyyələnir”.

 

Bunu xəstəliklərlə bağlı daim Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA ağciyərlərin xroniki obstruktiv xəstəliyi haqqında danışarkən bildirib.

 

Nərminə xanım bildirdi ki, ağciyərlərin xronik obstruktiv xəstəliyi adətən iki cür inkişaf edir. Bunlar bronxitik forma və emfizematoz formalardır:

 

“Bronxitik formada xroniki bronxit zamanı havanın ağciyərlərə daxil olduğu tənəffüs yolları (bronxlar) iltihab vəziyyətində olur və daim çoxlu selik ifraz edir. Əgər xəstə üç ay davamlı öskürürsə və bu, ildə üç dəfə təkrarlanırsa, artıq xroniki bronxit demək olar. Bu zaman bronxların divarları qalınlaşır, bu da tənəffüs yollarının daralmasına (obstruksiyasına) səbəb ola bilər. Belə vəziyyətdə insan çox çətinliklə nəfəs alır.

Emfizematoz formasında isə emfizema zamanı alveolların divarları zədələnir və elastikliyini itirir. Nəticədə ağciyərlərin qan və udulan hava arasındakı qaz mübadiləsi (oksigen və karbon) üçün faydalı sahəsi azalır. Oksigenin qana kifayət qədər daxil olmaması nəticəsində təngənəfəslik yaranır, insan hava çatışmazlığı hiss edir. Xəstəliyin bu forması üçün xəstələrin arıq olması xarakterikdir”.

 

Həkim terapevt qeyd etdi ki, zaman keçdikcə ağciyərlərin xronik obstruktiv xəstəliyi bir qayda olaraq, daha da ağırlaşır. Onun sözlərinə görə, ağciyər toxumasının artıq başlamış zədələnmə prosesini saxlamaq mümkün olmur. Lakin ağciyərlərdəki alveolların dağılma prosesini ləngitmək üçün tədbirlər görmək, həmçinin ağciyərlərin xronik obstruktiv xəstəliyindən əziyyət çəkən xəstənin vəziyyətini yaxşılaşdırmaq olar.

 

Həkim deyir ki, əksər hallarda ağciyərlərin xronik obstruktiv xəstəliyinin yaranmasına səbəb siqaret çəkməkdir. Onun sözlərinə görə, uzun illər tütün tüstüsü ilə nəfəs almaq tənəffüs yollarını qıcıqlandırır, ağciyər alveollarının elastik liflərini dağıdır:

 

“Passiv siqaret çəkmək də çox ziyandır. Onu da qeyd edim ki, ağciyərlərin xronik obstruktiv xəstəliyinin yaranmasına digər səbəblər kimi uzun müddət kimyəvi buxarlarla, toz və çirklənmiş hava ilə nəfəs almanı da göstərmək olar. Adətən ağciyər liflərinin dağılması prosesinin ilkin əlamətlərinin özünü göstərməsi üçün uzun illər tələb olunur. Ona görə də ağciyərlərin xronik obstruktiv xəstəliyi daha çox 60 yaşından yuxarı adamlarda rast gəlinir. Bundan başqa, ağciyərlərin xronik obstruktiv xəstəliyinin yaranma riski həyatı boyunca çoxsaylı və ciddi ağciyər infeksion xəstəlikləri keçirmiş adamlarda daha yüksəkdir, xüsusən də bu xəstəliklər uşaq yaşlarında keçirilibsə. 30 və ya 40 yaşlarında ağciyərlərin emfizeması diaqnozu qoyulmuş adamlarda alfa-1-antitripsin zülalının irsi anomaliyası ola bilər, lakin xoşbəxtlikdən bu patologiyaya nadir hallarda rast gəlinir”.

 

Ağciyərlərin xronik obstruktiv xəstəliyinin əlamətlərindən də bəhs edən Nərminə xanım bildirdi ki, bu xəstəlik özünü əsasən uzunmüddətli (xroniki) öskürək, əzabverici öskürək, bəzən olur ki, güclü öskürək nəticəsində xəstələrin qabırğaları sınır, öskürək zamanı bəlğəm, fiziki yüklənmələr zamanı güclənən təngənəfəslik və iş qabiliyyətinin aşağı düşməsi kimi əlamətlərlə büruzə verir.

 

Ağciyərlərin xronik obstruktiv xəstəliyinin diaqnostikasına gəlincə, Nərminə xanım dedi ki, xəstəliyi müəyyənləşdirmək üçün pulmonoloq və ya terapevtin konsultasiyasında olmaq vacibdir:

 

 

“Tibbi baxış edəcəyik və ağciyərlərinizə qulaq asacağıq. Bundan sonra əvvəllər keçirdiyiniz xəstəliklərə dair suallar veriləcək. Siqaret çəkdiyiniz və ya ağciyəri zədələyə biləcək digər kimyəvi maddəllərlə təmasda olub-olmadığınız soruşulacaq. Daha sonra xarici tənəffüsün funksional qiymətləndirilməsi üçün testlər aparılır (məsələn, spirometriya). Spirometriyanın nəticələri ağciyərlərin nə dərəcədə yaxşı işlədiyini göstərir. Bundan başqa, döş qəfəsinin rentgeni və digər testlər təyin edilə bilər. Qeyd edim ki, Ağciyərlərin xronik obstruktiv xəstəliyi daha çox Bronxial astma ilə müqayisə edilir. Bu isə spirometriya müayinəsinə və xəstənin verdiyi məlumatlara əsasən fərqləndirlir”.

 

Həkim terapevt Ağciyərlərin xronik obstruktiv xəstəliyinin mümkün qədər tez aşkar olunmasını vacib saydı. Bildirdi ki, belə olan halda ağciyərlərin zədələnmə prosesini ləngitmək üçün tədbirlər görmək mümkündür.

 

Nərminə xanım bildirdi ki, Ağciyərlərin xronik obstruktiv xəstəliyinin müalicəsində bu xəstəliyin inkişafını ləngitmək üçün ən yaxşı üsul – siqareti tərgitməkdir. Həkim deyir ki, bu, mümkün və ən vacib addımlardan biridir:

 

 

“Siqaret çəkmə müddətindən asılı olmayaraq, bu pis vərdişdən imtina etmək ağciyər dağılmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Müalicə həkimi xəstəliyin simptomlarını yüngülləşdirən və əhvalı yaxşılaşdıran müalicə təyin edir ki, bu da həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Dərmanlar tənəffüsü yüngülləşdirməyə, təngənəfəsliyi aradan qaldırmağa və ya yüngülləşdirməyə kömək edə bilər. Dərman müalicəsindən başqa, ağciyər xəstəliklərinin reabelitasiya proqramı da mövcuddur ki, bunun sayəsində tutmaları düzgün idarə etməyi öyrənmək olar. Bu proqram üzrə mütəxəssislər xəstələri Ağciyərlərin xronik obstruktiv xəstəliyi zamanı düzgün tənəffüs texnikasına öyrədirlər ki, bunun sayəsində də tənəffüsü yüngülləşdirmək mümkündür. Bundan başqa, pasiyentlərə fiziki hərəkətlərin düzgün yerinə yetirilmə və düzgün qidalanma qaydaları tövsiyə edilir. Xəstəliyin proqressivləşməsi zamanı bəzi xəstələrə oksigen terapiyası kursları keçmək tövsiyə oluna bilər”.

 

 

Terapevt vurğuladı ki, tənəffüs yollarının infeksion xəstəliklərinin profilaktikası xüsusən vacibdir. Onun sözlərinə gör, Ağciyərlərin xronik obstruktiv xəstəliyindən əziyyət çəkən adamlar ağciyər infeksiyalarına daha həssasdırlar:

 

“Bu cür xəstələrə hər il qripə qarşı peyvənd olunmaq göstərişdir. Bundan başqa, pnevmokokk peyvəndləri tövsiyə olunur ki, onlar Ağciyərlərin xronik obstruktiv xəstəliyinin kəskinləşmə tezliyini və pnevmoniyanın yaranma riskini azaldır. Heç nəyə baxmayaraq, peyvəndlənmiş pasiyent pnevmaniya olarsa, xəstəliyin gedişatı xeyli yüngül olur”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova ağcyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkənləri müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...