“Rusiya və Fransa səfirlərinə xəbərdarlıq edilməlidir”

18:00 24-12-2021 | icon 1072 | Geopolitika
“Rusiya və Fransa səfirlərinə xəbərdarlıq edilməlidir”

Turan Rzayev: “O, bununla həm də Fransadaxili siyasətinin eybəcərliyini göstərir”

 

Fransanın İle-de-Frans regionunun rəhbəri Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd Valeri Pekres Ermənistana, daha sonra isə Qarabağa qanunsuz səfər edib. Bu da azmış kimi, xanım namizəd Xankəndidən fotolar paylaşaraq erməni xalqının yanında olduğunu göstərib.

 

Versus.Az xəbər verir ki, bu barədə şərh verən politoloq Turan Rzayev maraqlı nüanslara diqqət çəkib.

 

T.Rzayev bildirib ki, fransız xanımın çəkdirdiyi fotolardan da görünür ki, Pekres açıq-aydın artistlik məharəti nümayiş etdirərək, seçkilərdə Fransadakı erməni lobbisinin dəstəyini qazanmağa çalışır:

 

“Aydın məsələdir ki, Valeri Pekresin Ermənistana və xüsusilə Qarabağa səfəri siyasi avantüra və siyasi popilizmdir. Xanım namizəd bununla həm də Fransadaxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir”.

 

Politoloqun fikrincə, Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Hətta hazırda vəziyyət elə bir həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. Bu mənada Pekres də sələflərindən fərqli davranmır:

 

“Hesab edirəm ki, prezidentliyə namizəd də olsa Valeri Pekres Azərbaycanda arzuedilməz şəxslər siyahısına daxil edilməlidir. Məsələ bu şəxsin Qarabağa səfər etməsindən yox, qanunsuz səfər etməsindən gedir. Xanım namizəd Qarabağa səfər etmək istəyirdisə, hər halda bunu rəsmi Bakıya bildirməli idi. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Valeri Pekres və digər namizədlər ilk növbədə bunu anlamalıdır ki, başda ölkələri Fransa olmaqla, bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu mənada onun Qarabağa səfəri nə məqsədlə olur olsun, ölkəsinin siyasi iradəsini də pozmaq deməkdir”.

 

Politoloq hesab edir ki, Pekres və Fransa senatında olan digər ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizmi, separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri təhlükəlidir.

 

“Məsələyə xristian təəssübkeşliyi, səlibçi təfəkkürü və rasist orientalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar yarada bilər. Paşinyan Pekresin Ermənistana səfər etməsinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan hazırkı Prezident Emmanuel Makrona əsl münasibətini göstərdi. Məsələ ondadır ki, Paşinyan Makronun da seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı bilir. Digər tərəfdən, Pekres hazırda Makronun ən ciddi rəqibi hesab edilir. Makronun ən ciddi rəqibinin dövlət protokol atributları ilə qəbul olunması faktiki olaraq Nikol Paşinyanın Emmanuel Makrona xəyanət etməsinə dəlalət edir. Makron Paşinyana görə Azərbaycan ilə ən kəskin mübahisəyə çıxan və bizə əsassız ittihamlar irəli sürən Avropa lideri idi. Ümumiyyətlə bu şəxs Fransa tarixində ermənilərə bu qədər açıq dəstək verən tək şəxsdir. Hesab edirəm Makron Paşinyanın bu hərəkətini unutmayacaq və ikinci dəfə prezident seçilsə bu Fransa-Ermənistan münasibətlərinə yansıyacaq”.

 

Politoloq bildirib ki, hazırda Valeri Pekresin Qarabağa qanunsuz səfər etməsindən daha aktual bir məsələ onun bu səfərinin necə baş tutmasıdır:

 

“Ermənistandan Qarabağa yalnız Laçın dəhlizi vasitəsi ilə daxil olmaq olar. 10 noyabr bəyanatına görə isə Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Maraqlıdır, Rusiya sülhməramlıları Laçın dəhlizində nə ilə məşğuldular? Onlar işlərini və üzərilərinə düşən öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da ki, yetirmək istəmirlər.

Hesab edirəm bu məsələ ilə bağlı həm Rusiya sülhməramlılarının komandanlığına, həm də Rusiyaya xəbərdarlıq edilməlidir. Məsələ ondadır ki, sülhməramlıların gözü qarşısında Qarabağa silah və sursat da daşınır. ülhməramlılar əgər Valeri Pekres kimi bir şəxsin də Qarabağa qanusnuz səfərinin qarısını ala bilmirsə, onların fəaliyyəti kimə lazımdır? Rəsmi Bakı bu və bu kimi məsələlərlə bağlı ciddi ölçü götürməlidir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ