Erkən yaşlanmaya səbəb olan məhsullar

11:25 31-12-2021 | icon 1029 | Maraqlı
Erkən yaşlanmaya səbəb olan məhsullar

Britaniyalı alim, professor Devid Qan bildirir ki, şəkərin həddindən artıq istehlakı qocalmanın sürətlənməsinə səbəb olur.

 

Tədqiqatçı altı yüz nəfər üzərində araşdırma aparıb və onların qanında şəkərin səviyyəsini ölçüb. Məlum olub ki, şəkər səviyyəsi ən aşağı olan insanların dərisi daha gənc görünür və əksinə.

 

Alim qeyd edir ki, şəkər qan damarlarını zədələyir. Ancaq bu məhsulun bədənə mənfi təsiri bununla bitmir.

 

“Sərbəst radikalların istehsalı qocalmanın “əsas günahkarıdır”. Antioksidantların müdaxiləsi olmadan hüceyrələr kütləvi halda ölməyə başlayır. Nəticədə dəri quruyur, incə qırışlar yaranır və heç bir qulluq vasitəsi onların öhdəsindən gələ bilmir. Zamanla dəri öz yumşaqlığını və elastikliyini itirir, qırışlar dərinləşir”, -deyə professor bildirib.

 

Eyni zamanda, alim qeyd edir ki, şəkərdən tamamilə imtina etmək də düzgün deyil. Sadəcə olaraq bəzi məhsulların istehlakını azaltmaq, tərkibində təbii şəkər olan meyvə və bu kimi məhsullara üstünlük vermək lazımdır.

 

“Kola, dondurma, makaron və digər un məmulatlarını mümkün qədər az yeyin. Həmçinin sendviç, peçenye, pirojna, hisə verilmiş və qızardılmış qidalardakı trans yağ turşularının qəbulunu mümkün qədər azaldın”, - deyə Devid Qan tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...