"Ermənistandan köç böhranlı miqyas ala bilər”

 

10:16 25-01-2022 | icon 557 | Geopolitika
"Ermənistandan köç böhranlı miqyas ala bilər”
 

 

“Armen Sarkisyan bir il əvvəlki açıqlamasında bugünkü istefasının səbəblərini zatən açıqlamışdı”

 

 

 

Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Ermənistan prezidentinin gözlənilməz istefası ilə bağlı şərhində bildirib.

 

Onun sözlərinə görə, Ermənistan prezidenti Armen Sarkisyanın istefa səbəbləri ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan üçün bir il ərzində müsbətə doğru heç nə dəyişməyib. Bu isə o deməkdir ki, Armen Sərkisyan bir il əvvəlki kimi düşünür, ölkəsi üçün perspektiv görmür.

 

Politoloq bildirib ki, Ermənistan prezidenti Armen Sarkisyan bir il əvvəlki açıqlamasında ölkəsinin çoxvektorlu böhran içərisində olduğunu izah edərkən bugünkü istefasının səbəblərini zatən açıqlayıb.

 

“Armen Sarkisyan belə izah ediridi: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir. Biz Dağlıq Qarabağın əksər ərazisini və minlərlə gəncimizi itirdik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb. Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar.

Ermənistandan köç böhranlı miqyas ala bilər”.

 

E.Şahinoğlu bildirib ki, Armen Sərkisyanın Böyük Britaniya ilə sıx bağlılığı var, kapitalı da bu ölkədədir, həmçinin bu ölkənin pasportuna sahibdir. Ona görə də Armen Sərkisyan böyük ehtimalla digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək Londondakı qazanc gətirən işlərinə qayıdacaq.

 

Ləman

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ