"Paşinyan həm də hökumətin qanuni idarəedicisinə çevrildi"

10:42 25-01-2022 | icon 691 | Geopolitika
"Paşinyan həm də hökumətin qanuni idarəedicisinə çevrildi"

Samir Hümbətov: “Bu, Paşinyan dönəminin davam etməsinə gətirib çıxarda bilər”

 

“Armen Sarkisyan gözlədiyini ala bilmədiyi üçün artıq istefaya getməyə məcbur oldu.  Çünki o, formal fiqur olaraq qalmaq niyyətində deyildi.  O, bu istefası ilə həm də Paşinyanı vurmağa çalışırdı. Amma özünü vurmaqla Paşinyana yeni bir şərait yaratdı”. 

 

Bunu Versus.az-a politoloq Samir Hümbətov Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri ilə bağlı şərhində bildirib.

 

Politoloq bildirib ki, Ermənistan hökuməti 2018-ci ilə qədər prezident üsul-idarəsi ilə idarə olunurdu.  Onun sözlərinə görə, 2018-ci ildə Sarkisyan hakimiyyətdə qalmaq üçün manevr edib hökumət sisteminə keçmək istəsə də alınmadı:

 

“2016-cı il aprel döyüşlərindən sonra Qərbə hakimiyyətə öz adamını gətirməklə bağlı imkan yarandı və Paşinyan hakimiyyətə  gətirildi. Paşinyan baş nazir olmaqla yanaşı, həm də hökumətin qanuni idarəedicisinə çevrildi. Prezident vəzifəsi artıq formal xarakter daşımağa başladı. Yəni burda artıq kimin prezdient olmasının önəmi yox idi. Uzun illər Qərblə sıx əməkdaşlığı olmuş, Böyük Britaniyada Ermənistanın səfiri işləmiş Armen Sarkisyan şirniklənərək prezident seçildi. Təbii ki, Qarabağ savaşı, ondan əvvəlki və sonrakı dövrlərdə Sarkisyanla Paşinyan arasında ciddi hörmət və yaxşı münasibət olmayıb”.

 

S.Hümbətovun sözlərinə görə, Armen Sarkisyan gözləyirdi ki, hansısa ciddi təkan olar və ölkədə yeni bir referendum keçirdilməklə ölkə prezident üsul idarəsinə qayıdar:

 

“Təbii ki, onun gözləntilərinin bir hissəsi reallığa çevrilməyə başladı. Amma Paşinyan başqa bir məsələ üzərindən referendum keçirməyi planlaşdırır.  Bu, Türkiyə ilə münasibətlərin normallaşması üçün Konstitusiyada bəzi maddələrin dəyişdirilməsi, hətta Türkiyə ilə bağlı bəzi maddələrin oradan çıxarılması ola bilər. Hesab edirəm ki, Paşinyan öz partiyasının səs çoxluğundan istifadə edərək, özünə yaxın və sadiq qüvvələrin içindən bir nümayəndəni prezident seçilməsinə şərait yaradacaq. Bu da mahiyyət etibarilə Ermənistanda Paşinyan dönəminin uzun müddət davam etməsinə gətirib çıxarda bilər”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ