Xarici diplomlar hansı hallarda tanınmır?

12:09 26-01-2022 | icon 637 | Təhsil
Xarici diplomlar hansı hallarda tanınmır?

Xarici diplomların ölkəmizdə tanınmamasının müxtəlif səbəbləri var.

 

Versus.Az xəbər verir ki, bu barədə danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, diplomların tanınmasından imtinaya ilk səbəblərdən biri şəxsin tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmamasıdır.

 

“Pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət kifayət edir, yoxsa yox”, - İ.Orucov deyib.

 

O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır:

 

“Məsələn, şəxs Gürcüstanda gürcü dilində təhsil alıb, lakin bu dildə elementar biliklərə sahib deyil. Əlbəttə müraciət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomları tanınmayan şəxslərin böyük əksəriyyəti Ukrayna və Gürcüstanda təhsil alanlardır. Biz mütəmadi olaraq valideynlərə də müraciət edirik ki, xaricdə təhsil adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar”.

 

Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub.

 

Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Türk dünyasının deputatları Xankəndidə

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri