İstirahət məntəqəsində ölü insan dölü aşkarlanıb
Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd edilən faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"