Prezidentin Gəncə səfərində diqqətçəkən MƏQAMLAR

19:30 31-01-2022 | icon 551 | Geopolitika
Prezidentin Gəncə səfərində diqqətçəkən MƏQAMLAR

Turan Rzayev: “Sərkisyanla Köçəryanın hədəf alınması təsadüfi deyil"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Bu, Prezidentin Azərbaycanın ikinci böyük şəhərinə sayca 18-ci səfəridir. Səfər çərçivəsində Prezident ənənəvi olaraq bir sıra açılışlarda iştirak edib. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib.Bundan başqa, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olan Prezident, həmçinin Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunu istismara verib.

 

Prezidentin Gəncə səfəri və məlum açılışlar necə dəyərləndirilməlidir?

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, əslində bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim Prezidentin diqqət mərkəzindədir. Politoloq hesab edir ki, ölkə başçısının da dediyi kimi, bu açılışlar həm də onu göstərir ki, əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzua yönəlsə də, bütün başqa şəhər və rayonlarımız da daim diqqətlə əhatə olunur.

 

T.Rzayev bildirib ki, ölkə başçısının Gəncə şəhərinə səfəri çərçivəsində ən diqqətçəkən məqam onun 44 günlük Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyması və daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi oldu.

 

“Prezident çıxışı zamanı bir daha qeyd etdi ki, biz 44 günlük müharibə zamanı hər şeydən öncə erməni faşizmini məğlub etmişik. Bundan başqa, Prezidentin hədəfində yenə də Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan və Serj sərkisyan var idi”.

 

Prezidentin xüsusilə Gəncəyə səfəri zamanı “erməni faşizmini məğlub etmişik” deməsi və Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan ilə Serj Sərkisyanı sərt tənqid etməsi səbəbsiz deyildi. Məlum olduğu kimi, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən idi. Prezidentin də qeyd etdiyi kimi müharibə zamanı Gəncəyə 13 raket atılıb. Onlardan 8-i partlayaraq mülki insanların həyatına son qoyub. Məsələ ondadır ki, Gəncə şəhəri nə təmas xəttində idi, nə də cəbhə bölgəsinə yaxın ərazi. Digər tərəfdən, ermənilər Gəncədə müharibənin seyrinə təsir edəcək hərbi obyektin olmadığını da bilirdi. Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut edir.

İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə dinc əhalini hədəf seçməsi bu ölkənin siyasi dairələrinin hələ də faşist düşüncəsində olduğunu göstərir”. 

 

Politoloq hesab edir ki, Prezident “biz erməni faşizmi üzərində qələbə qazandıq” deyərkən əslində ermənilərin Gəncəyə və digər şəhərlərimizə hücumunu alman faşistlərinin mülki ərazilərə hücumu arasında paralellik aparır.

 

“Prezidentin bu məsələlərlə paralel Sərkisyan və Köçəryanı hədəf alması isə təsadüfi deyil. Məsələ ondadır ki, həm Köçəryan, həm də Sərkisyan Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla əzab vermiş, onları qətlə yetrmişdir. Hesab edirəm Prezident hər vəchlə bu iki şəxsin adını çəkməsi və sanki dünya ictimaiyyətinin diqqətinə israrla çatdırması bu şəxslərin bu gün azadlıqda gəzməsi ilə əlaqədardır.

 

Prinsip etibarilə Prezidentin bu iradı yerində və doğrudur. Çünki əli uşaq, qadın, qoca qanına batan bu şəxslər faktiki olaraq insanlıq cinayəti edib və hələ də azadlıqdadır. Hesab edirəm Prezident çıxışlarında tez-tez Sərkisyan və Köçəryanı iddiham etməsi bu şəxslərin də İkinci Dünya müharibəsi sonrası Nürinberq məhkəməsində mühakimə edilərək cəzalandırılan faşist liderlər kimi cəzalandırılması ilə əlaqədardır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ