Rusiyanın ən böyük bankı Avropa bazarını TƏRK ETDİ
Rusiyanın ən böyük bankı - Sberbank Avropa bazarını tərk etmək qərarına gəlib.
Versus.az xəbər verir ki, bu barədə çərşənbə günü bankın mətbuat xidməti məlumat yayıb.
“Mövcud şəraitdə Sberbank Avropa bazarından çıxmaq qərarına gəlib. Qrupun törəmə bankları anormal vəsait axını və işçilərin və filialların təhlükəsizliyi üçün təhlükə ilə üzləşib. Rusiya Mərkəzi Bankının tapşırığına görə, bank özünün Avropadakı törəmə şirkətlərini likvidliklə təmin edə bilməyəcək”.
Həmçinin bildirilir ki, Sberbank-ın törəmə müəssisələri yüksək səviyyədə kapital və aktiv keyfiyyətinə malikdir. Müştəri əmanətləri yerli qanunlara uyğun olaraq sığortalanır.
Xəbər lenti
Minalarla mübarizə müzakirə edildi
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb