"Rusiyanın aqressiv hərəkətlərindən özümüzü necə qorumalıyıq?"

11:55 03-03-2022 | icon 262 | Siyasət
"Rusiyanın aqressiv hərəkətlərindən özümüzü necə qorumalıyıq?"

 “Gözü çıxan qardaşların” - Gürcüstan və Ukraynanın üzləşdikləri fəlakətlərdən hamı dərs çıxarmalıdır”

 

“Rusiyada son 30 ildə demokratik hakimiyyət olmayıb və yaxın illərdə demokratik dəyərləri müdafiə edən, dövlətinin bu prinsiplər əsasında fəaliyyət göstərməsini istəyən şəxsin qonşu dövlətdə hakimiyyətə gəlməsi mümkün görünmür”. 

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri, Abutalıb Səmədov bildirib.

 

Partiya sədri bildirib ki, bu gün bəzilərinin demokrat adlandırdığı Boris Yeltsin əslində qətiyyən belə deyildi: 

 

“Dövlət başçılığına yaramayan, bu işi bacarmayan birisi olduğuna görə daim ziddiyyətli addımlar atır və iqtisadi vəziyyət lap pisləşəndə hərdən “demokrat libası”nı geyinib qərbin xoşuna gələn bəyanatlar verirdi. Həmin dövrdə Rusiya bəzən demokratik dövlət kimi görünürdüsə də bu sadəcə olaraq prezident Yeltsinin bacarıqsızlığı və dövlət işləri ilə məşğul olmağa imkan verməyən içkiyə aludəçiliyi ilə əlaqədar idi. 1993-cü ilin oktyabrında “Hökumət evi” deyilən binada toplaşan  müxalifətçiləri tanklardan atəşə tutan və 157 nəfəri qətlə yetirən birisini yalnız Rusiyada və bəzi keçmiş “sovet respublikaları”nda “demokrat” adlandıra bilərlər.

Rusiyanın Ukraynaya qarşı işğalının başlamasından sonra prezident V.Putinin nüfuzunun 60%-dən 71%-ə qədər yüksəlməsi rus xalqının şovinist mahiyyətini bir daha ortaya qoyur. Bu xalqın demokratik prinsipləri tətbiq etməyə çağıran və savadı, müdrikliyi ərazicə dünyanın ən böyük dövlətini idarə etməyə imkan verən şəxsə səs verməsi ən azı yaxın dövrdə qeyri-mümkündür. Bir şeyi də hamı bilməlidir. Donetsk və Luqansk kimi qondarma “respublikaları” tanıyan və Ukraynaya qarşı müharibəyə başlayaraq dünyanı məhv olmaq həddinə gətirib çıxaran  V.Putin nə qədər günahkardırsa, onun bu addımlarını dəstəkləyən rus xalqı da o qədər günahkardır.

Bu vəziyyətdə Azərbaycan və bölgə ölkələri nə etməlidirlər? Zənnimcə, bu baxımdan Azərbaycan rəhbərliyinin tutduğu mövqe digər ölkələr üçün nümunə ola bilər. Böyük hərbi gücə malik olan və hərdən dünyanı “nüvə silahı ilə hədələyən” dövlətə qarşı maksimum ehtiyatlı davranış sərgilənməli və qərbə doğru kəskin addımlar atmaqdan çəkinilməlidir. Bu cür davranış sərgiləyən “gözü çıxan qardaşların”-Gürcüstan və Ukraynanın üzləşdikləri fəlakətlərdən hamı dərs çıxarmalıdır”.

 

 

A.Səmədov bildirib ki, Azərbaycan hakimiyyətinin apardığı düzgün siyasət ikinci Qarabağ müharibəsində Rusiyanın nisbi neytrallığını təmin etməyə və möhtəşəm qələbə qazanmağa imkan verdi.  Bu siyasət nəticəsində yaxın illərdə “Qarabağ məsələsi”ni dünyanın gündəliyindən tamamilə çıxarmaq və bütün ərazimizdə suverenliyimizi təmin etmək, xalqımızı mövcud təhlükələrdən qorumaq  mümkün olacaq:

 

“Sonrakı addımlar barədə Rusiyanın tətbiq olunan “öldürücü sanksiyalar”ın təsirindən tamamilə gücdən düşməsindən və rus xalqının üzləşdiyi ağır durumdan nəticə çıxarmasından sonra düşünmək lazım gələcək. Ümid edirəm ki, bununçün çox vaxta ehtiyac olmayacaq və bir neçə ildən sonra qonşuluğumuzda digər dövlətlərlə normal, bərabərhüquqlu münasibət qurmaq istəyən bir dövlət formalaşa biləcək”.(hafta.az)

 

Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ