“Neftçi” autsayderlə qarşılaşacaq

14:04 05-03-2022 | icon 408 | İdman
“Neftçi” autsayderlə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

 

Versus.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

 

Öncə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Mükafatçılar sırasına düşmək istəyən “qartallar” bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “kimyaçılar”ı yenməyi hədəfləyibsə, Aleksey Baqanın komandası da qələbə qazanaraq toparlanmaq arzusundadır.

 

Günün ikinci matçında son çempion “Neftçi” autsayder “Səbail”lə üz-üzə gələcək. “Ağ-qaralar” büdrəməyi ağlından keçirmirsə, yaxşı mübarizə aparmasına rəğmən, “zirzəmi”dən qurtula bilməyən “dənizçilər” xal uğrunda mücadilə edəcək.

 

Azərbaycan Premyer Liqası
XVIII tur
5 mart

17:00 “Zirə” – “Sumqayıt”

 

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev.
Bakı. Zirə İdman Kompleksinin stadionu

 

19:15 “Neftçi” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”

 

Qeyd edək ki, sabah “Keşlə” – “Sabah” və “Qarabağ” – “Qəbələ” görüşləri ilə tura yekun vurulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı