Çernobıl AES-dən Ukrayna boyu radioaktiv toz yayılır - XƏBƏRDARLIQ

14:29 05-03-2022 | icon 452 | Gündəm
Çernobıl AES-dən Ukrayna boyu radioaktiv toz yayılır - XƏBƏRDARLIQ

Çernobıl AES-də radioaktiv tozun yayılması təhlükəsi var.

 

Bu barədə Slavutiç şəhərinin meri Yuriy Fomiçev telemarafon zamanı xəbərdarlıq edib.

 

O xatırladıb ki, Rusiyanın Ukraynada əməliyyatlarının başladığı ilk gün Çernobıl AES ələ keçib:

 

“Orada olan insanları əvəz edə bilmirik, artıq 10 gündür işləyirlər. Onlar iki qrupa bölünüblər. Buna baxmayaraq mənəvi, fiziki, emosional yorulublar və bu, nüvə təhlükəsidir, çünki heyət stabil işləməlidir”.

 

Eyni zamanda o qeyd edib ki, Çernobıl işçiləri ilə ünsiyyət məhduddur:

 

“Biz onlarla əlaqə saxlayırıq, lakin hazırda stansiya növbəsini əvəz etmək üçün zəmanətli “yaşıl dəhliz” yoxdur”.

 

Şəhər rəhbəri qeyd edib ki, Çernobıl səbəbindən Rusiyanın hərbi texnikasının hərəkəti üçün əsl dəhliz yaranıb:

 

“Çernobıl zonasından hərəkət edən bütün avadanlıqların üzərindəki radioaktiv tozlar Kiyev istiqamətində bütün Ukrayna ərazisinə daşınır”.

 

Bundan başqa, mer qeyd edib ki, obyektdə texnikaların intensiv hərəkəti müşahidə olunur və bu təhlükəlidir:

 

“Allah eləməsin, orda hərbi əməliyyatlar başlasa, bu, qəzanın baş verdiyi 4-cü enerji blokuna təsir edə bilər, nəticədə radioaktiv toz yayıla bilər. Orada çox böyük təhlükə var”.

 

Fomiçev stansiyanın işçilərinin məhdud qidalandığını, onların dərman çatışmazlığı yaşadığını deyib.

 

O Rusiya hərbçilərinin stansiya işçilərinə qarşı yalnız öz yerlərində qalıb işləməkdən başqa heç bir tələb irəli sürmədiklərini, bununla belə perimetrdən kənara da heç kimi buraxmadıqlarını deyib. /UNİAN/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır