Tacikistan və Qırğızıstan sərhədində ATIŞMA
Tacikistan və Qırğızıstan sərhədində atışma olub.
Sərhəddəki Çorkuh kəndinin sakinlərinin “Sputnik Tacikistan”a verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Həlak olan şəxsin İsfara sərhədçisi Sünnətullo Səmədov olduğu deyilir.
Çorkuh kənd sakinlərinin sözlərinə görə, martın 10-da səhər saatlarında qırğız sərhədçiləri torpaqlarında ağac əkən bir neçə kənd sakinini atəşə tutub.
“Atışma saat 09:30 radələrində baş verib. Hazırda kəndin bütün sakinləri hadisə yerinə toplaşıb”, - deyə agentliyin mənbəsi bildirib.
Bu məlumatı İsfara şəhərinin administrasiyasından da təsdiqləyiblər.
Yerli hakimiyyətin sözçüsü bildirib ki, rəsmilər artıq hadisə yerinə gedib.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bu məlumatı təsdiq edərək, Tacikistan tərəfini sərhədi pozmaqda ittiham edib. Qurumdan qeyd edilib ki, insident nəticəsində 10 dəqiqə davam edən atışma başlayıb. Qırğızıstan tərəfdən heç bir yaralı və ya xəsarət alan yoxdur.
Xatırladaq ki, Tacikistan və Qırğızıstan sərhədində bundan əvvəlki silahlı münaqişə yanvarın 27-də Xocai Alo kəndi yaxınlığında baş vermişdi.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...